Məhkəmə qərarları › İş №8(062)-100/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-100/2025

12.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-100/2025 12.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə X2 iştirakı ilə, Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2024-cü “icra sənədinin qaytarılması” haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması” haqqında qərarı ilə Tovuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(062)- 1851/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra vərəqəsi geri qaytarılmışdır. X3 həmin qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini və Tovuz Rayon Məhkəməsinin 2(062)-189/2023 saylı xx.xx.2023-cü tarixli icra sənədinin icrası ilə bağlı hərəkətlərin davam etdirilməsi üçün icra sənədinin icra şöbəsinə qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tovuz rayon Məhkəməsinin 2(062)-189/2023 saylı xx.xx.2023-cü tarixli icra sənədinə əsasən cavabdeh X5 yanında olan 23 oktyabr 2019-cu il tarixdə anadan olmuş X9 adlı uşaqla X6 hər həftənin şənbə günləri saat 10:00-dan 15:00-dək, bazar günləri 11:00-dan 18:00-dək uşağın mənafeyinə uyğun olaraq ünsiyyətdə olmaq hüququ verilməsi qət edilmişdir. Borclu uşağa könüllü olaraq maddi yardım göstərdiyi üçün Tovuz rayon İcra və Probasiya Şöbəsinə ərizə verərək icrasənədinin dayandırılmasını xahiş etmişdir. Tovuz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü tarixli qərarına əsasən icra sənədinin icrası dayandırılaraq Tovuz Rayon Məhkəməsinə qaytarılmışdır. X8 məhkəmə iclasında ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İcra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə işə icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X1 şikayəti təmin edilməlidir. Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Raul Sadıqovun xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması” haqqında qərarı ilə Tovuz Rayon Məhkəməsinin 2(062)-189/2023 saylı xx.xx.2023-cü tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən icra sənədi geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin qanunun 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmədə müəyyən olundu ki, Tovuz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi Tovuz Rayon məhkəməsinə qaytarılmışdır. Tələbkar Tovuz Rayon Məhkəməsinin 2(062)-189/2023 saylı xx.xx.2023-cü tarixli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Raul Sadıqovun xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması” haqqında qərarı ləğv edilməli və icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Raul Sadıqovun xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması” haqqında qərarı ləğv edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-189/2023 saylı xx.xx.2023-cü tarixli icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Tovuz rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar