Məhkəmə qərarları › İş №8(062)-108/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-108/2024

18.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-108/2024 18.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, X1 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Tovuz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatından görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Ağstafa Rayon Məhkəməsi tərəfindən verimiş 2(015)-76/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Yuxarda qeyd olunan icra sənədi xx.xx.2023-cü tarixində Tovuz rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədinə olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Lakin Borclu adına tələbin yönəldilə biləcəyi hər hansı gəlir və əmlak aşkar edilməmişdir. Hazırda icra sənədi üzrə cəmi borc 2230 manat təşkil edir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsinə əsasən, xx.xx.1997-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuş, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 bildirdi ki, Borclu aliment borcunu ödəmir. Ona görə də, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağstafa Rayon Məhkəməsi tərəfidən verimiş 2(015)-76/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cabir Zeynalov tərəfindən Ağstafa Rayon Məhkəməsinin 2(015)-76/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli 131087/2023-68-18-003 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. «İcra haqqında» qanunun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tovuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatı təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-76/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu (Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1997-ci il təvəllüdlü) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar