Məhkəmə qərarları › İş №8(062)-11/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-11/2023

16.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-11/2023 16.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə Tovuz Rayon İcra və X4 Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(062)- 2178/2022 saylı icra vərəqəsinin icrası haqqındakı təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(062)-2178/2022 saytı icra vərəqəsinə əsasən, 23000 (iyirmi üç min) manat pul və ödənilmiş 159 manat dövlət rüsumu Borclu alınaraq X1 verilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan icra vərəqəsi icraya yönəldilmiş və icra olunması üçün Tovuz Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda Tovuz Rayon icra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu icra vərəqəsində göstərilən tələbi müəyyən olunmuş vaxt ərzində könüllü olaraq icra etməmiş və «icra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, adıçəkilən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasma dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Tovuz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 izahatında göstərdi ki, qeyd olunan icra vərəqəsinin icrası zamanı Borclu borcunu ödəməsi üçün bütün mümkün tədbirlər görülməsinə baxmayaraq, borclu borcunu ödəmədiyindən icrə vərəqəsini icra etmək mümkün olmamışdır. İcra vərəqəsi Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və 01 noyabr 2022-ci il tarixli qərarla icraata başlanılmışdır. Tovuz Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(062)-2178/2022 saylı icra vərəqəsinə əsasən, 23000 (iyirmi üç min) manat pul və ödənilmiş 159 manat dövlət rüsumu Borclu alınaraq X1 verilməsi qət edilmişdir. Hazırda icra sənədi üzrə borclu borcunu tələbkara ödəməmişdir. Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq çağırışlara gəlmir və bundan əlavə borclunun ölkəni tərk etmək ehtimalının yüksək olması nəzərə alınaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Ona görə də Tovuz Rayon icra və Probasiya Şöbəsi icra vərəqəsinin icrasını təmin etmək üçün hazırki təqdimatla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən təqdimatın təmin olunmasını və borclunun ölkə ərazisini tərk etməsinə müvəqqəti məhdudiyyət qoyulmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və böyük icra məmuru Asif Hüseynovu dinləyərək hesab edir ki, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Təqdimata əlavə olunmuş Tovuz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, məhkəmənin həmin icra vərəqəsi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Məhkəmədə müəyyən edildi ki, icra vərəqəsinin icrasını təmin etmək məqsədilə icra orqanının gördüyü tədbirlər çərçivəsində Borclu ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın dəlilləri əsaslıdır və qanuna uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlət adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəblərdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qrumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə belə qərara gəlir ki, Borclu Tovuz Rayon Məhkəməsinin 11 oktyabr 2022ci il tarixli 2(062)-2178/2022 saylı icra vərəqəsini könüllü olaraq icra etməməsinə görə, Borclu Tovuz Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(062)-2178/2022 saylı icra vərəqəsi tam icra olunub qurtaranadək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 158,236,263- 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(062)-2178/2022 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə 10 avqust 1968-ci il tarixdə Tovuz rayonu Düz Qırıqlı kəndində anadan olmuş və Tovuz rayonu Düz Qırıqiı kəndində qeydiyyatda olan Borclu həmin icra vərəqəsi tam icra olunub qurtaranadək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar