Məhkəmə qərarları › İş №8(062)-111/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-111/2025

14.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-111/2025 14.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, X1nın və Borclu iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1713/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunması barədə tələbkar Qasımova (Əliyeva) Aidə Səməd qızının ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1713/2024 saylı qətnaməsi ilə Borclu hər ay 180 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin alınaraq xx.xx.2011-ci il təvəllüdlü Akif və xx.xx.2014-cü il təvəllüdlü Fəridə adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 verilməsi qət olunmuşdur. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1713/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasını xahiş etmişdir. X1 məhkəmə iclasında ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, hazırki aliment məbləği uşaqların ehtiyaclarını qarşılamır. Borclu alimentdən başqa da könüllü maddi yardım etmir. Borclu məhkəmə iclasında maddi imkanının aşağı olmasını, qət olunmuş aliment məbləğini ödəməkdə çətinlik çəkdiyini bildirdi. Həmçinin qeyd etdi ki, rəsmi iş yeri yoxdur. Ofisiant işləyir. Odur ki, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur (Mülki Prosessual Məcəllənin 232.1 və 232.2-ci maddələri). İş materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1713/2024 saylı qətnaməsinə əsasən, cavabdeh Borclu xx.xx.2011-ci il təvəllüdlü Akif və xx.xx.2014-cü il təvəllüdlü Fəridə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün 180 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində müəyyən edilmiş və cavabdeh Borclu tutularaq, iddiaçı X3 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən müəyyən edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır . Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, ərizəçi X4 xx.xx.2025-ci il tarixdə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə diqqətə çatdırır ki, iş üzrə qətnamə 2024-cü ildə çıxarılmışdır. Həmin il üçün ölkə üzrə minimum aylıq əmək haqqı miqdarı 345 manat müəyyən olunmuş, qətnamə üzrə müəyyən olunmuş aliment məbləği bir uşaq üçün 180 manat olmaqla həmin il üzrə minimum aylıq əmək haqqının 0,52 misli miqdarında olmuşdur. Odur ki, həmin məbləğ hazırki ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı miqdarına müvafiq olaraq indeksasiya edilməlidir. Mülki Prosessual Məcəllənin 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizə təmin edilsin. xx.xx.2025-ci ildən hesablanmaqla, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Akif və xx.xx.2014-cü il təvəllüdlü Fəridə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu X1nın xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 0,52 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar