Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-116/2024 01.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Tovuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Tovuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək təqdimatda göstərmişdir ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Tovuz Rayon Məhkəmisinin 2(010)-1332/23 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu cəmi 1877,84 manat məbləğində pul vəsaiti və 38,78 manat dövlət rüsumunun tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixində Tovuz rayonu icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu ya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. . Məhkəmənin icra sənədində göstərilən tələbin təmin edilməsi və borclunun Azərbaycan Respublikasının hüdudlarından kənara getmək məhkəmə qərarının icrasından yayınmasının qarşısının alınması məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə borcluya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə qərara gəlir ki, təqdimat əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Tovuz Rayon Məhkəmisinin 2(010)-1332/23 saylı xx.xx.2023-cü il tarixli icra sənədi icra olunması üçün Tovuz rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafıq icra tədbirləri həyata keçirməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfındən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təqdim olunmuş sənədlərlə borclunun icra sənədinin icraata qəbul olunduğu tarixdən sonra icra sənədi üzrə bildirişi və çağırış vərəqələrini rəsmi şəkildə qəbul edibetməməsini, borclunun icra məmurunun icraatında icra işinin olmasından məlumatlı olmasını müəyyən etmək mümkün olmur. Eyni zamanda təqdimata əlavə edilmiş sənədlərdən borclunun əmlakının axtarılması və s icra tədbirlərinin həyata keçirilməsi də müəyyən edilmir. Məhkəmə hesab edir ki, nəinki borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi, hətta onun icra işinin mövcudluğundan belə məlumatlı olduğuna dair sübutlar məhkəməyə təqdim edilmədiyindən təqdimatın təmin edilməsi mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tovuz Rayon Məhkəmisinin 2(010)-1332/23 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Tovuz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi (təqdim edildiyi) vaxtdan 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №8(062)-116/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-116/2024
01.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver