Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-128/2024 13.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Borclu X3 Tovuz Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair Tovuz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 məhkəməyə təqdimatla müraciət edərək borclu X3 Tovuz rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslnadırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 2(062)- 1370/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli İcra sənədinə əsasən borclıi X2 hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu X3 icra sənədində göstərilən - ünvan 1i ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır.çLakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş və hazırda 2520 manat aliment borcu yaranmışdır. Göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən, borclu X3 Tovuz rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə müvafiq olaraq, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1370/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli İcra sənədinə əsasən borclu X2 hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməsi qət edilmişdir Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Tovuz Rayonu İcra Şöbəsinin böyük icra məmuru X8 tərəfindən Tovuz Rayon Məhkəməsinin 2(062)- 1370/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu X5 məcburi qaydada Tovuz Rayon İcra və Probasiya Şöbəsinə gətirilməlidir. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu X5 icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçısının tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən məhkəmə icraçısının çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, təqdimat təmin edilərək borclu X3 Tovuz rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231-ci, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-1370/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu X1 rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardad icra olunması üçün Tovuz Rayon Polis Şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №8(062)-128/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-128/2024
13.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver