Məhkəmə qərarları › İş №8(062)-128/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-128/2025

17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-128/2025 17.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən, Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu Aliment borcunun silinməsinə dair icra sənədinin izah edilməsi barədə Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Azər Mustafazadə tərəfindən verilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-116/2023 saylı qətnaməsi ilə xx.xx.2022-ci il tarixdən başlayaraq, X1 hər ay 140 manat sabit pul məbləğində alimentin alınıb tələbkar X9 qızına verilməsi qət olunmuşdur. Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Azər Mustafazadə ərizə ilə məhkəməyə müraciət edərək, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq icra sənədi sayılan Tovuz rayon Məhkəməsinin 2(62)116/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə aliment borcunun silinməsinə dair icra sənədinin izah edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsi tərəfindən verilmiş və xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş Tovuz Rayon Məhkəməsinin 2(62)-116/2023 saylı 19 may 2023-cü il tarixli icra sənədinə əsasən 23 oktyabr 2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 12 sentyabr 2022-ci il tarixdən başlayaraq X1 140 manat alınaraq X4 xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin 2(062)-189/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası zamanı tərəflərin birgə nikahlarından anandan olmuş X5 anasının himayəsinə getməkdən imtina etmiş və həmin tarixdən atasının himayəsində olmuşdur. xx.xx.2025-ci il tarixdə Tovuz Rayon Məhkəməsinin 2(62)-1889/2024 saylı 18 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən borclu X3 himayəsindən X6 alınaraq X4 himayəsinə verilərək icra sənədi icra olunmuşdur. Belə ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borcludan icra sənədi üzrə yığılmış aliment borcu tələb edilmiş, lakin borclu Kamran Hüseynov 1960 manat aliment borcunun olmadığını və xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək himayəsində olduğunu bildirmişdir. Bununla bağlı borclu aliment borcun silinməsi ilə bağlı Tovuz Rayon Məhkəməsinə müraciət etmiş və Tovuz rayon Məhkəməsinin 2(062)1131/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Göstərilənlərə əsasən və “İcra Haqqında”Azərbaycan Respublikası Qanununun 14cü maddəsini rəhbər tutaraq icra sənədi sayılan Tovuz Rayon Məhkəməsinin 2(62)116/2023 saylı 19 may 2029-cü il tarixli icra sənədi üzrə aliment borcunun silinməsinə dair icra sənədinin izah edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, ərizəsinin qəbulundan imtina edilməli və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunmalıdır ki, iddiaçı azyaşlı uşağı ilə birlikdə yaşadığı dövrlər üzrə yaranmış borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. İcra məmurunun hazırkı müraciətinə isə məhkəmə qaydasında baxılması nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsində göstərilmişdir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina əsasları qeyd olunmuşdur. Qeyd olunan Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizənin qəbulundan imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.4-cü maddəsində göstərilmişdir ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151, 153, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: Aliment borcunun silinməsinə dair icra sənədinin izah edilməsi barədə Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Azər Mustafazadə tərəfindən verilmiş ərizənin qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar