Məhkəmə qərarları › İş №8(062)-129/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-129/2024

13.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-129/2024 13.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə, Tovuz rayon Məhkəməsinin 2(062)-2868/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Mustafazadənin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Mustafazadə təqdimatla məhkəməyə müraciət edərək təqdimatda göstərmişdir ki, Tovuz rayon Məhkəməsinin 2(062)-2868/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu bir uşağın saxlanılması üçün hər ay 160 manat aliment alınaraq X1 ödənilməlidir. İcra sənədində göstərilən tələbin könüllü icrası üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzrsüz səbəbdən icra işi icra olunmur. Hazırda onun 460 manat borcu vardır. Məhkəmənin icra sənədində göstərilən tələbin təmin edilməsi və borclunun Azərbaycan Respublikasının hüdudlarından kənara getməklə məhkəmə qərarının icrasından yayınmasının qarşısının alınması məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə borcluya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə qərara gəlir ki, təqdimat əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Tovuz rayon Məhkəməsinin 2(062)-2868/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi icra olunması üçün Tovuz rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafıq icra tədbirləri həyata keçirməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfındən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təqdim olunmuş sənədlərlə borclunun icra sənədinin icraata qəbul olunduğu tarixdən sonra icra sənədi üzrə bildirişi və çağırış vərəqələrini rəsmi şəkildə qəbul edib-etməməsini, borclunun icra məmurunun icraatında icra işinin olmasından məlumatlı olmasını müəyyən etmək mümkün olmur. Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə və 71-ci maddəsinin 2-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Məhkəmə diqqətə çatdırır ki, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair işlərə baxarkən hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib-verməməsi araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Məhdudiyyətin mütənasib olub-olmaması mütləq müəyyən edilməli, bu zaman borclunun hazırki vaxta kimi davranışları, bu məcburiyyət tədbiri tətbiq edilmədən qətnamənin icrasının təmin olunması və s. nəzərə alınmalıdır. Təsadüfi deyildir ki, bu yanaşma Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsindən qaynaqlanır. Məhkəmə hesab edir ki, nəinki borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi, hətta onun icra işinin mövcudluğundan belə məlumatlı olduğuna dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda borclunun ölkədən getməsinə dair sübutlar olmadığından təqdimatın təmin edilməsi mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tovuz Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(062)-2868/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatı təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi (təqdim edildiyi) vaxtdan 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar