Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-14/2023 25.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə Tovuz Rayon İcra və X3 Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli 2(062)- 1318/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu iş günləri saat 12:00-dan gec olmayaraq məcburi gətirilməsi barədə təqdimatına Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəməyə təqdimat verərək, Tovuz Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli 2(062)-1318/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu iş günləri saat 12:00-dan gec olmayaraq məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında təqdimatı müdafiə edərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli 2(062)-1318/2020 saylı icra vərəqəsinə əsasən, 10 iyul 2020-ci il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay bir uşaq üçün 100 (bir yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin alınıb tərəflərin birgə yaşayışlarından 03 noyabr 2004-cü il tarixdə anadan olmuş Aysu, 10 may 2008-ci il tarixdə anadan olmuş Səma, 21 may 2011ci il tarixdə anadan olmuş Həzrət və 24 may 2013-cü il tarixdə anadan olmuş Kənan adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı X1 qət olunmuşdur. Borclu tərəfindən göstərilən tələb könüllü icra üçün müəyyən olunmuş vaxtda üzürsüz səbəbdən icra olunmur. Borclunun hazırda icra sənədi üzrə 1500 (bir min beş yüz) manat aliment borcu yaranmışdır, icra sənədi üzrə Borclu izahat alınması üçün dəfələrlə Tovuz Rayon icra və Probasiya Şöbəsinə dəvət edilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən Tovuz Rayon icra və Probasiya Şöbəsinə gəlməmişdir. Ona görə də Borclu iş günləri saat 12:00-dan gec olmayaraq məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və icra məmuru ilqar Məmmədovu dinləyərək hesab edir ki, Tovuz Rayon icra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 10 iyul 2020-ci ii tarixli 2(062)-1318/2020 saylı icra vərəqəsinə əsasən, 10 iyul 2020-ci il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay bir uşaq üçün 100 (bir yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin alınıb tərəflərin birgə yaşayışlarından 03 noyabr 2004-cü il tarixdə anadan olmuş Aysu, 10 may 2008-ci il tarixdə anadan olmuş Səma, 21 may 2011ci il tarixdə anadan olmuş Həzrət və 24 may 2013-cü il tarixdə anadan olmuş Kənan adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı X1 qət olunmuşdur. Təqdimata əlavə olunmuş borclunun məcburi gətirilməsi barədə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin qərarından görünür ki, Borclu məcburi gətirilməsi barədə Tovuz Rayon icra və Probasiya Şöbəsi tərəfindən qərar qəbul edilmiş, həmin qərar Borclu göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlət adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə üzürsüz səbəbdən gəlməkdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən, bu Qanunun 84.2-ci maddədə nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 (on) gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə hesab edir ki, Borclu Tovuz Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli 2(062)-1318/2020 saylı icra sənədini könüllü olaraq icra etməməsinə görə və icra məmurunun çağırışlarına gəlmədiyi üçün o, məcburi qaydada gətirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 236, 263-264- cü və 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli 2(062)-1318/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu - xx xxxxxxxx 1979-cu ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuş və Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayan Borclu barəsində iş günləri saat 12:00-dan gec olmayaraq məcburi gətirmə tədbiri tətbiq edilsin. Borclu məcburi qaydada Tovuz Rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №8(062)-14/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-14/2023
25.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver