Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-144/2025 14.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi Tovuz Rayon Məhkəməsinin 2(062)-2548/2024 saylı 18 sentyabr 2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Zülfüqar oğlunun icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Asif Hüseynovun təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Asif Hüseynov təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)- 2548/2024 saylı 18 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən Borclu Zülfüqar oğlundan cəmi 302 manat pul və 30 manat dövlət rüsumu alınıb "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi icra olunması üçün Tovuz rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədində göstərilən tələbin könüllü icrası üçün müəyyən olunmuş vaxtda Borclu Zülfüqar oğlu tərəfindən üzrsüz səbəbdən icra işi icra olunmur. Məhkəmənin icra sənədində göstərilən tələbin təmin edilməsi və borclunun icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi məqsədi ilə Borclu Zülfüqar oğlunun icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak etməli olan şəxslərə və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə qərara gəlir ki, təqdimat əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 2(062)-2548/2024 saylı 18 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən Borclu Zülfüqar oğlundan cəmi 302 manat pul və 30 manat dövlət rüsumu alınıb "xxxx" MMC-yə ödənilməlidir. Təqdimata əlavə olunmuş borclunun məcburi gətirilməsi barədə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin qərarından görünür ki, borclunun məcburi gətirilməsi barədə Tovuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qərar qəbul edilmiş Borclu Zülfüqar oğluna göndərilmişdir. Təqdimata əlavə olunmuş Tovuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən göndərilən məktubların reyestrindən görünür ki, həmin qərarın surəti Borclu Zülfüqar oğluna göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlət adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında “ Azərbaycan Respublikası Qanununun 84.2-ci madddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə belə qərara gəlir ki, Tağıyev X1 Rayon Məhkəməsinin 2(062)-2548/2024 saylı 18 sentyabr 2024-cü il tarixli icra sənədini könüllü olaraq icra etməməsinə görə və icra məmurunun çağırışlarına gəlmədiyi üçün onun barəsində məcburi gətirmə tədbiri tətbiq edilməlidir. Borclu Zülfüqar oğlu məcburi qaydada Tovuz Rayon İcra və Probasiya Şöbəsinə gətirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 236, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-2548/2024 saylı 18 sentyabr 2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə, xx.xx.1985-ci il təvəllüdlü Tovuz rayonu Hacıhəsənli kəndində yaşayan Borclu Zülfüqar oğlu barəsində, iş günləri saat 12:00-dən gec olmayaraq məcburi gətirmə tədbiri tətbiq edilsin. Borclu Zülfüqar oğlu məcburi qaydada Tovuz Rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan onun rəsmi qaydada verildiyi (təqdim edildiyi) vaxtdan 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №8(062)-144/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-144/2025
14.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver