Məhkəmə qərarları › İş №8(062)-153/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-153/2024

03.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-153/2024 03.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin 2(062)-1843/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli icra qeydinin icrası ilə əlaqədar Borclu icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Raul Sadıqovun təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Raul Sadıqov təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1843/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 900 manat borc və 30 manat dövlət rüsumu alınıb X1 verilməlidir. İcra sənədi icra olunması üçün Tovuz rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədində göstərilən tələbin könüllü icrası üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzrsüz səbəbdən icra işi icra olunmur. Məhkəmənin icra sənədində göstərilən tələbin təmin edilməsi və borclunun icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi məqsədi ilə Borclu icra və probasiya şöbəsinə saat 12:00-dan gec olmayaraq məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərə və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və materialı araşdıraraq hesab edir ki, təqdimat təmin edilə bilməz. Belə ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1843/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli icra qeydi icra olunması üçün Tovuz rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafıq icra tədbirləri həyata keçirməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfındən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə məcburi qaydada gətirilə bilər. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Təqdim olunmuş sənədlərlə borclunun məcburi gətirilməsi barədə icra məmurunun qərarının ona rəsmi şəkildə verilməsi, yaxud qəbul edib-etməməsini müəyyən etmək mümkün olmur. Həmçinin icraata başlamaq haqqında qərarın surəti və bildiriş borcluya verildikdən sonra borclunun çağrılması barədə iş materiallarında heç bir hərəkət yoxdur. Məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsi barədə icra məmurunun qərarının borclu tərəfindən rəsmi şəkildə qəbul edilib-edilməməsinə dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, habelə başqa icra tədbirləri həyata keçirilmədiyindən təqdimatın təmin edilməsi mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 943-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tovuz Rayon Məhkəməsinin 2(062)-1843/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli icra qeydinin icrası ilə əlaqədar Borclu icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatı təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (təqdim edildiyi) vaxtdan 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar