Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-167/2024 11.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Borclu vəkili X1 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-1457/2019 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlqar Məmmədovun təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlqar Məmmədovtəqdimatla məhkəməyə müraciət edərək təqdimatda göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-1457/2019 saylı icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq, Borclu 28 avqust 2014-cü il təvəllüdlü X4 və 22 aprel 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment alınıb Tələbkar verilməsi qət edilmişdir. İcra vərəqəsinin icrası zamanı Borclu borcunu ödəməsi üçün büyün mümkün tədbirlər görülməsinə baxmayara, borclu aliment borcunu ödəməiyindən icra vərəqəini icra etmək mümkün olmamışdır. İcra vərəqəsi Tovuz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və 18 iyul 2019-cu il tarixli qərarla icraata başlanılmışdır. Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq çağırışlara gəlmir. Borclunun əmlakı vəziyyəti barədə sorğular edilmiş, lakin hər hansı əmlak aşkar edilməmişdir.Məhkəmənin icra sənədində göstərilən tələbin təmin edilməsi və borclunun Azərbaycan Respublikasının hüdudlarından kənara getmək məhkəmə qərarının icrasından yayınmasının qarşısının alınması məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu vəkili X3 bildirdi ki, Borclu sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O alver etmək məqsədilə mütəmadi olaraq xaricə gedib-gəlir. Aliment borcunun ödənilməsi üçün onun xaricə gedib-gəlməsi lazımdır. Eyni zamanda Borclu 11000 manata qədər ödənişlər etmişdir. Odur ki, təqdimatın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara və icra məmuruna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Lakin Tələbkar məhkəməyə ərizə göndərək göstərmişdir ki, Borclu borcundan 6500 manat ödəniş etmişdir. Odur ki, təqdimatın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə qərara gəlir ki, təqdimat əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-1457/2019 saylı icra sənədi icra olunması üçün Tovuz rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra sənədi üzrə 6500 manatdasn çox ödənişlər edilmiş və borclunun Rusiya Federasiyasında rəsmi iş yeri mövcuddur. Onun ölkə hüdudlarından kənara çıxmadan icra sənədinin icrası da mümkün görünmür. Odur ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması icra sənədinin icrasına mane olur. Eyni zamanda işin hallarından da göründüyü kimi tələbkar özü də borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına razı deyildir. Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat Azərbaycan Respublikası Ədliyyə Nazirlyinin xx.xx.2016-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş və həmin qərardan göründüyü kimi bu təlimat məhkəmə qərarını üzürsüz səbəbdən icra etməyən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar icra məmurunun fəaliyyətini tənzimləyir. Həmin təlimatın 2.1-ci maddəsindən göründüyü kimi məhkəmə qərarı üzürsüz səbəbdən icra edilmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə tərəfindən müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2.-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl, könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, həmçinin borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümələdən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamalıdır. Həmin Təlimatın 2.5-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsi yoxlanılmalı; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması halları araşdırılmalı, bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasından ibarət hərəkətlər edildikdən sonra həmin təqimat razılaşdırılaraq təsdiq edilməlidir. Borclu tərəfindən edilmiş ödənişlər, tələbkarın icra sənədinə mövqeyi onu deməyə əsas verir ki, aparılmış bu kimi icra hərəkətləri qənaətbəxş hesab edilməməli və bu kimi icra hərəkətləri qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin edilməsi məqsədə müvafiq deyildir. Çünki şəxsin ölkə hüdudlarından kənarda olub-olmamasından asılı olmayaraq yuxarıda adı çəkilən Təlimatın 2.2.-ci bəndində nəzərdə tutulmuş hərəkətləri həyata keçirmək, eyni zamanda İcra Məmurları haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaratmaq icra məmurunun vəzifəsi kimi müəyyənləşdirilmişdir. İcra məmuru tərəfindən həmin vəzifələrin həyata keçirilməsi İcra haqqında Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflərin hüquqlarının təminatı rolunda çıxış edir. Belə ki, həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X7 (X9) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il il tarixli qərarının nəticə hissəsində xüsusilə vurğulanmışdır ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Bu nöqteyi nəzərdən məhkəmə qeyd edir ki, borclunun müəyyən edilmiş borcu məhz ödəməkdən yayınmaq niyyəti ilə ölkə hüdudlarından kənara çıxaraq geri qayıtmaması ağlabatan deyildir və bu ehtimallar əsasında onun bu hüququnun məhdudlaşdırılması hazırki vəziyyətdə demokratik cəmiyyətdə o qədər də vacib deyildir. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). X7 (X9) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqe də ondan ibarət olmuşdur ki, “İcra haqqında” Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır. Bununla belə, bu tədbirin qanunvericilik qaydasında nizamlanması hüquqi müəyyənlik, habelə mütənasiblik konstitusiya prinsiplərinə uyğun olmalıdır. “İcra haqqında” Qanunda mütənasiblik prinsipi birbaşa nəzərdə tutulmasa da, müvafiq məhdudiyyətin tətbiq olunması zamanı həmin prinsipin tələblərinin nəzərə alınması vacibdir. Belə ki, mütənasiblik prinsipi Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.4-cü maddəsində əks olunaraq konstitusiya statusu alıb və onun tələbləri konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılması zamanı nəzərə alınmalıdır. İcra üzrə icraatda mütənasiblik prinsipinin tətbiq edilməsi həmçinin "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – "İnzibati icraat haqqında" Qanun) 17-ci maddəsi ilə tələb olunur və “İcra haqqında” Qanunun 1-1-ci maddəsində öz əksini tapmış ədalətlilik prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarında da icra icraatı zamanı mütənasiblik prinsipinə riayət olunmasının, tələbkarın və borclunun hüquq və qanuni maraqlarının balansının təmin edilməsinin vacibliyi vurğulanmışdır. Bu hüquqi mövqe həm də baxılan məsələyə şamil olunur. Yuxarıda qeyd edilən məqsədə nail olmaq üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda icra məmurunun təqdimatında olan məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qanunverici mütənasiblik prinsipinin tələblərini nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qaydasını kifayət qədər aydın müəyyən etmişdir. Belə məhdudlaşdırmanın tətbiqi və götürülməsi ilə bağlı qaydalar Təlimatda daha müfəssəl əks olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat təmin olunmamalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266 və 267-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-1457/2019 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlqar Məmmədovun təqdimatı təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi (təqdim edildiyi) vaxtdan 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №8(062)-167/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-167/2024
11.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver