Məhkəmə qərarları › İş №8(062)-182/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-182/2024

01.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-182/2024 01.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə X1 iştirakı ilə, Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 31 avqust 2023-cü il tarixli “icra sənədinin qaytarılması” haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Raul Sadıqovun 31 avqust 2023-cü il tarixli “cra sənədinin qaytarılması” haqqında qərarı ilə Tovuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(062)-240/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra vərəqəsi geri qaytarılmışdır. X2 həmin qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini və Tovuz Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı hərəkətlərin davam etdirilməsi üçün icra sənədinin icra şöbəsinə qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsini müdafiə edərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 2(062) 240/2023 saylı qətnaməsi ilə iki uşağn saxlanması üçün hər uşağa 193 manat, cəmi 386 manat alimentin Borclu almıb ona verilməsi qət edilmişdir. Tovuz rayon icra məmurunun xx.xx.2023-cü il tarixli qərari ilə icra sənədi Tovuz Rayon məhkəməsinə qaytarılmışdır. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, borclu faktiki olaraq Tovuz rayonu Alakol kəndində atası ilə bir təsərrüfatda yaşayır və hətta həmin kənddə maşın yuyulma sexi vardır. Maddi imkanı var və hətta Bakı şəhərində mənzili var. Qərarda göstərilən sənədlər tam formal olaraq tərtib olunub. Alakol kəndində hamı bilir ki, Xəqani kənddə yaşayır və hətta özünə məxsus evi var. 31 . 08.2023-cü il tarixli qərarı çıxarmaqla icra məmuru məhkəmə qərarının icra olunmasına süni əngəl törədir. Hətta borclu xarici vətəndaş olsa belə icra məmuru icra sənədini məhkəməyə qaytarmamalı idi.Ona görə də, xahiş edir ki, icra məmurunun həmin qərarı ləğv edilməli və icra sənədi icraya yönəlməlidir. İcra məmuru və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə işə icra məmurunun və tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, X1 şikayəti təmin edilməlidir. Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Raul Sadıqovun 31 avqust 2023-cü il tarixli “cra sənədinin qaytarılması” haqqında qərarı ilə Tovuz Rayon Məhkəməsinin 2(062)-240/2023 saylı xx.xx.2023-cü tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən icra sənədi icra vərəqəsi geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin qanunun 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmədə müəyyən olundu ki, Tovuz rayon İcra və Probasiya Şöbəsinin 31 avqust 2023-cü il tarixli qərarı ilə icra sənədi xx.xx.2023-cü il tarixli qərari ilə icra sənədi Tovuz Rayon məhkəməsinə qaytarılmışdır. Ona görə də tələbkar 2(062)-240/2023 saylı xx.xx.2023-cü tarixli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Raul Sadıqovun 31 avqust 2023-cü il tarixli “icra sənədinin qaytarılması” haqqında qərarı ləğv edilməli və icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Raul Sadıqovun 31 avqust 2023-cü il tarixli “icra sənədinin qaytarılması” haqqında qərarı ləğv edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-240/2023 saylı xx.xx.2023-cü tarixli icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Tovuz rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar