Məhkəmə qərarları › İş №8(062)-19/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-19/2025

23.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-19/2025 23.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, Borclunun Tovuz Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu Tovuz Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatından görünür ki, Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Hazırda Borclu nun 1100 manat aliment borcu yaranmışdır. İcra sənədi üzrə Borclu izahat alınması üçün dəfələrlə Tovuz rayon icra və probasiya şöbəsinə dəvət edilməsinə baxmayaraq o heç bir üzürlü səbəb göstərmədən çağırışlara gəlməmişdir. İcra sənədi üzrə Borclu barəsində xx.xx.2024-cü il tarixdə borcluya məcburi gətirilmə barədə qərar göndərilmiş, lakin buna baxmayaraq Borclunгn barəsində görülən icra tədbirlərinə heç bir məhəl qoymadan Tovuz rayon İcra və Probasiya şöbəsinə gəlməmişdir. Göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən, Borclu Tovuz rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında borcluya, tələnbkar və icra məmuruna lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə müvafiq olaraq, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Tovuz Rayonu İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7360/2023-006 nömrəli xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən icra icraatına başlanmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Borclu məcburi qaydada Tovuz Rayon İcra və Probasiya Şöbəsinə gətirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçısının tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən məhkəmə icraçısının çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, təqdimat təmin edilərək Borclu Tovuz rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231-ci, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7360/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə, Borclu (Tovuz rayonu Əsrik Cırdaxan kəndində yaşayan) Tovuz rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardad icra olunması üçün Tovuz rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar