Məhkəmə qərarları › İş №8(062)-192/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-192/2024

09.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-192/2024 09.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatından görünür ki, xx.xx.2024-cü ii tarixli qərarla icraata başlanılmış. Tovuz Rayon Məhkəməsinin 2(062)- 636/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclular Borclu oğundan və X1 xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 8600.58 mana əsas, 665 manat faiz, cəmi 9265.58 manat; xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 4300.24 manat əsas, 312.30 manat faiz, cəmi 4612.54 manjat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 132,4 manat pul müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixində Tovuz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən içra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini gəlirlərini yoxlamaq üçün "Elektron İcra İnformasiya Sistemi" vasitəsi ilə real vaxt rejimində sorğu verilmişdir. Borclu əmlak vəziyyətini və gəlirlərinə dair verilmiş sorğu nəticəsində tələbin əmlaka yötjıəldiməsi üçün əmlak və gəlir aşkar edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu qeydiyyatda olduğu ünvana gedilmiş və borclunun qeydiyyatda olduğu ünvandakı fərdi yaşayış evinə baxış keçirilmişdir. Evə baxış keçirilən zaman borclunun həmin ünvanda olmaması ilə birgə və Azərbaycan Respublikasının qanunvericiiivinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlaklardan başqa əmlak aşkar edilməmişdir. Borclu tərəfindən heç bir ödəniş edilməmiş və icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, xx.xx.1998-ci ildə anadan olmuş və ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsəsləsinə baxilmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Tovuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(062)-636/2024 saylı xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən xx.xx.1998-ci ildə anadan olmuş və ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu və xx.xx.1992-ci ci ildə anadan olmuş və ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan borclu X1 xx.xx.2022-ci il tarixli,1102359 saylı kredit müqaviləsi üzrə cəmi 9265.58 manat; xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə cəmi 4612.54 manat məbləğində pul vəsaiti və 132.04 manat dövlət rüsumu müştərək qaydada tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.. Təqdimata əlavə edilmiş xx.xx.2024-ci il tarixli qərardan görünür ki, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Tovuz Rayon Məhkəməsinin 2(062)- 636/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. «İcra haqqında» qanunun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-636/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu (rayonu, Əlibəyli kəndi ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1998-ci il təvəllüdlü) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar