Məhkəmə qərarları › İş №8(062)-206/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-206/2024

10.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-206/2024 10.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatından görünür ki, xx.xx.2023-cü il tarixli qərarla başladığı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)3076/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1986-ci ildə anadan olmuş və Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq X4 xeyrinə ödənilməsi qət edilmişdir. Borclu mediasiya xərci olaraq ödənilmiş 50 manat, dövlət rüsumu 50 manat olmaqla, cəmi 100 manat məbləğində pul tutularaq X2 verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Tovuz rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq olaraq icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildiriş və SMS bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi 10 gün müddətinə könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Lakin bu müddət ərizndə borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin və gəlirlərini yoxlamaq üçün borclunun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam təmin olunmamışdır. Hazırda borc 2800 manat təşkil edir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq , xx.xx.1986-ci ildə anadan olmuş və Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsəsləsinə baxilmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli qərarla başladığı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)3076/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1986-ci ildə anadan olmuş və Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq X4 xeyrinə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)3076\2023 saylı xx.xx.2023 -ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli 313004 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. «İcra haqqında» qanunun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilsin. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)3076/2023 saylı xx.xx.2023 -cü il tarixli icra sənədi üzrə Borclu (Tovuz rayonu Qovlar şəhərində qeydiyyatda olan və yaşayan, xx.xx.1986-ci il təvəllüdlü) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar