Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-217/2023 25.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cabir Zeynalov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cabir Zeynalov təqdimatla Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1994-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu iş günləri saat 12:00-dan gec olmayaraq məcburi gətirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-837/2023 saylı icra sənədinə əsasən Borclu xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cəmi 702 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq “AS Mobile” mobil telefon mağazasının xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi Tovuz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmışdır. İcra sənədi üzrə borcludan izahat alınması üçün dəfələrlə şöbəyə dəvət edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərilmədən çağırışlara gəlməmişdir. Hazırda Borclu icra sənədi üzrə 732 manat borcu qalmışdır. Borclu barəsində xx.xx.2023-cü il tarixdə məcburi gətirilmə barədə qərar qəbul edilmiş və həmin tarixdə ona göndərilmişdir. Lakin borclu tərəfindən buna məhəl qoyulmamışdır. Odur ki, hazırki təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimata baxılması barədə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində qeyd olunmuşdur ki, Məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra — qərarlar) çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə göstərir ki, məhkəmə aktlarının icrası məhkəmə hakimiyyətinin bütövlüyünün təmin olunmasında xüsusi yer tutur. Məhkəmə hakimiyyəti orqanının bu və ya digər aktının icra edilməsinin meyarı məhkəmə hakimiyyətinin cəmiyyətdə əsas təyinatını əks etdirir. Ona görə də çıxarılmış məhkəmə aktları kağız üzərində qalmamalı, icra edilməklə ədalətin real olaraq bərqərar edilməsi aydın görünməlidir. İş materialları ilə müəyyən edilir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-837/2023 saylı icra sənədinə əsasən Borclu xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cəmi 702 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq “AS Mobile” mobil telefon mağazasının xeyrinə ödənilməsi qət edilmiş, icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və həmin tarixli tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bildiriş borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Borclu çağırışa məhəl qoymadığı üçün borclunun məcburi gətirilməsi barədə icra məmuru xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Məhkəmə diqqətə çatdırır ki, borclunun icra sənədinin icrasına biganə yanaşması və icra məmurunun cağırışlarına əməl etməməsi onun icra sənədini icra etmək niyyətinin olmamasına dəlalət edir. Bu isə yolverilməz haldır. Məhkəmə hesab edir ki, təqdimatın təmin edilməsi məhkəmə aktının icrasının real olaraq təmin edilməsinə xidmət edəcək və ədalət mühakiməsinin xəyali xarakter almamasına gətirib çıxaracaqdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsində göstərilmişdir ki, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cabir Zeynalov tərəfindən verilmiş təqdimat təmin edilsin. xx.xx.1994-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-837/2023 saylı icra sənədinin icrası üzrə iş günləri saat 12:00-dən gec olmayaraq Tovuz rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Tovuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №8(062)-217/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-217/2023
25.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver