Məhkəmə qərarları › İş №8(062)-228/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-228/2023

14.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-228/2023 14.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cabir Zeynalov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cabir Zeynalov təqdimatla Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1992-ci il tarixdə Tovuz rayonu Alakol kəndində anadan olmuş, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olan Borclu iş günləri saat 12:00-dan gec olmayaraq məcburi gətirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 30.052023cü il tarixli 2(062)-429/2023 saylı icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq, Borclu tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il tarixdə anadan olmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi qət edilmişdir. İcra sənədi üzrə borcludan izahat alınması üçün dəfələrlə şöbəyə dəvət edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərilmədən çağırışlara gəlməmişdir. Borclu barəsində xx.xx.2023-cü il tarixdə məcburi gətirilmə barədə qərar qəbul edilmiş və həmin tarixdə ona göndərilmişdir. Lakin borclu tərəfindən buna məhəl qoyulmamışdır. Odur ki, hazırki təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimata baxılması barədə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. İş materialları ilə müəyyən edilir ki, Tovuz Rayon Məhkəməsinin 30.052023-cü il tarixli 2(062)-429/2023 saylı icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq, Borclu tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il tarixdə anadan olmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi qət edilmiş, icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və həmin tarixli tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bildiriş borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Borclu çağırışa məhəl qoymadığı üçün borclunun məcburi gətirilməsi barədə icra məmuru xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərar borclu tərəfindən əldə edilmişdir. Məhkəmə diqqətə çatdırır ki, borclunun icra sənədinin icrasına biganə yanaşması və icra məmurunun cağırışlarına əməl etməməsi onun icra sənədini icra etmək niyyətinin olmamasına dəlalət edir. Bu isə yolverilməz haldır. Məhkəmə hesab edir ki, təqdimatın təmin edilməsi icra sənədinin icrasının real olaraq təmin edilməsinə xidmət edəcək və icranın xəyali xarakter almamasına gəitirib çıxaracaqdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsində göstərilmişdir ki, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cabir Zeynalov tərəfindən verilmiş təqdimat təmin edilsin. xx.xx.1992-ci il tarixdə Tovuz rayonu Alakol kəndində anadan olmuş, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olan Borclu Tovuz Rayon Məhkəməsinin 30.052023-cü il tarixli 2(062)-429/2023 saylı icra sənədinin icrası üzrə iş günləri saat 12:00-dən gec olmayaraq Tovuz rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Tovuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar