Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-252/2024 05.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəməyə təqdimatla müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 2(062)- 1019/2024-006 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1995-ci ildə Tovuz rayonu Abulbəyli kəndində anadan olmuş və Tovuz rayonu Abulbəyli kəndində olmuş və Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan və yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir.İcra sənədi xx.xx.2024-cü il tarixində Tovuz rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunaa müvafiq qaydada icraya yönəlmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərlimiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini və gəlirlərini yoxlamaq üçün “Elektron icra informasiya Sistemi” vasitəsi ilə real vaxt rejimində sorğular verilmişdir. Borclu əmlak vəziyyəti və gəlirlərinə dair verilmiş sorğuların nəticəsi olaraq tələbin yönəldilə biləcəyi gəlir və əmlak aşkar edilməmişdir. Borclu 300 manat ödəniş etmiş və hazırda 1200 manat borc təşkil edr. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, xx.xx.1995-ci ildə Tovuz rayonu, Abulbəyli kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsəsləsinə baxilmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Tovuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(062)-1019/2024-006 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Tovuz Rayon Məhkəməsinin 2(062)-1019/2024-006 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli e128425/2024-68-16-002 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və RBorclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. «İcra haqqında» qanunun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-1019/2024-006 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu (Tovuz rayon Abulbəyli Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1995-ci il təvəllüdlü) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №8(062)-252/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-252/2024
05.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver