Məhkəmə qərarları › İş №8(062)-253/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-253/2024

05.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-253/2024 05.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüqar Dəmirçiyev tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüqar Dəmirçiyev təqdimatla Tovuz Rayon Məhkəməsinə müraciət edərək Borclu mülkiyyətində aşkar edilmiş “KİA CEED” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-928/2024 saylı qətnaməsinə əsasən, Borclu 20000 manat pulun və 150 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb tələbkar X1 verilməsi qət olunmuşdur. İcra sənədi icra olunması üçün xx.xx.2024-cü il tarixdə Tovuz rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Borcluya tələbin könüllü icrası üçün vaxt verilsə də, borclu tələbi könüllü icra etməmişdir. Elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən edilmişdir ki, borclunun mülkiyyətində “KİA CEED” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşın aşkar edilmişdir. Odur ki, hazırki təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimata baxılması barədə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmə göstərir ki, məhkəmə aktlarının icrası məhkəmə hakimiyyətinin bütövlüyünün təmin olunmasında xüsusi yer tutur. Məhkəmə hakimiyyəti orqanının bu və ya digər aktının icra edilməsinin meyarı məhkəmə hakimiyyətinin cəmiyyətdə əsas təyinatını əks etdirir. Ona görə də çıxarılmış məhkəmə aktları kağız üzərində qalmamalı, icra edilməklə ədalətin real olaraq bərqərar edilməsi aydın görünməlidir. İş materiallarında olan: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-928/2024 saylı qətnaməsindən görünür ki, Borclu 20000 manat pulun və 150 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb tələbkar X1 verilməsi qət olunmuşdur. Tovuz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-928/2024 saylı qətnaməsi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icrası üçün 10 (on) gün müddətinə vaxt verilmişdir. Elektron icra informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Borclu mülkiyyətində “KİA CEED” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşın aşkar edilmişdir. “İcra haqqında”Azərbaycan Respublikası qanunun 44.1-ci maddəsində qeyd olunmuşdur ki, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin qanunun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və satmaq yolu ilə əmlaka yönəldilməsi məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsində tələbin borclunun əmlakına yönəldilməsi qaydaları müəyyən olunur. Həmin maddənin göstərişinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədi üzrə ilk növbədə borclunun manatla və ya xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin qanunun 50.2-ci maddəsində göstərilir ki, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra məmurunun təqdimatının hüquqi əsasını təşkil edən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.6-cı maddəsinə görə isə, konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. İş materiallarından görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş təqdim edilmişdir. Lakin, tələb tam icra olunmamışdır. Beləliklə, məcburi icra tədbiri üçün əsas yaranmışdır. Məhkəmə göstərir ki, borclunun icra sənədlərini könüllü olaraq icra etmədiyi müəyyən olunur. Bu hal isə onun barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsinə əsas verir. Məhkəmə hesab edir ki, təqdimatın təmin edilməsi məhkəmə aktının icrasının real olaraq təmin edilməsinə xidmət edəcək və ədalət mühakiməsinin xəyali xarakter almamasına gəitirib çıxaracaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəmə baxışına hüquq xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qaşı” xx.xx.2002-ci il tarixli qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma Konvensiyasnın 6-cı maddəsində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilməli, icra vərəqəsinin icrasını təmin etmək üçün Borclu adına olan “KİA CEED” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüqar Dəmirçiyev tərəfindən verilmiş təqdimat təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-928/2024 saylı qətnaməsinin icrasının təmin edilməsi üçün Borclu məxsus “KİA CEED” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulsun. Qərardadın icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar