Məhkəmə qərarları › İş №8(062)-264/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-264/2024

14.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-264/2024 14.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatından görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Tovuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(062)-1997/2023-005 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən xx.xx.1983-cü ildə Tovuz rayonu, Dönük Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan borclu X2 hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 480 manat məbləğində pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2023-ci il tarixində Tovuz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X5 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlana sorğular göndərilmişdir, lakin verilən sorğuların nəticəsi olaraq tələbin yönəldilə biləcəyi gəlir aşkar edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə X5 çağırışlar və xəbərdarlıqlar edilməsinə baxmayaraq, bu gün ki tarixədək borcundan 2200 manat ödəniş etmişdir, hazırda borc 3560 manat təşkil edir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, xx.xx.1983-cü ildə Tovuz rayonu, Dönük Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan borclu X3 ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsəsləsinə baxilmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Tovuz Rayon Məhkəməsi tərəfindən verilmiş 22(062)-1997/2023-005 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən borclu X2 hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 480 manat məbləğində pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən Tovuz Rayon Məhkəməsinin 2(062)-1997/2023-005 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli e213901/2023-68-16-002 saylı bildirişdən görünür ki, borclu X5 icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. «İcra haqqında» qanunun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-1997/2023-005 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X3 (Tovuz rayon Dönük Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1983-ci il təvəllüdlü) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar