Məhkəmə qərarları › İş №8(062)-269/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-269/2024

15.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-269/2024 15.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Borclu iştirakları ilə, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Azər Müstafazadə Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “daşınmaz əmlakının üzərinə həbs qoyulmasına məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasİya Məhkəməsinin 2(104)- 2240/2023-006 nömrəli, 03,11.2023-cü il tarixli icra sənədinə əsasən Borclu Aİlahverdi qızından ödəniş anında Azərbaycan manatının məzənnəsinə uyğun hesablanmaqla 2.801.000 (iki milyon səkkiz yüz bir min) Rusiya rublu, ödəniş anında Azərbaycan ijnanatının məzənnəsinə uyğun hesablanmaqla 2510 (iki min beş yüz on) ABŞ dolları, 115.330 (bır yüz on beş min üç yüz otuz) manat məbləğində pul vəsaiti və 461.69 (dörd yüz altmış bir manat aitmış doqquz qəpik) manat dövlət rüsumu tutularaq tələbkar Səfərov Vaqif Aİlahverdi oğlunun xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Tovuz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu Aİlahverdi qızının İcra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsiiə sorğular edilmişdir. Belə ki, "Elektron icra” İnformasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu Aİlahverdi qızına məxsus olan ********** qeydiyyat nömrəli, **********64-06301 reyestr nömrəli qeyri-yaşayış binası müəyyən edilmişdir. İcra sənədinin İcrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Ona görə də, Borclu məxsus daşınmaz əmlakının üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Azər Mustafazadə təqdimatı müdafiə edərək bildirdi ki, vətəndaşa məlumatla verilib, lakin borcu ödəməmişdir. Yaxın günlərdə tələbkarla əlaqə saxlanıldı və tələbkar borcun tam şəkildə ödəniilməsini bildirdi. Borclunun bank məlumatları araşıdırılması məqsədilə sorğular göndərilmiş və heç bir bankın hesabında pulnun olmaması bardə məlumat oldu.Lakin bir bankdan 2 manat necə qəpik hesab cıxdı. Daha sonra borcluyla əlaqə saxlanıldı və təklif etmişlər ki, əmlakı alan varsa satıb borcu ödəsin. Borcluya lazımı qaydada izahlar edilibdir. Borclunun qeyd ediyi maşının satılması üçün qiymətləndirmə aparılmalı, lakin qiymətləndirmə onun səlahiyyətinə aid deyildir. Odur ki, təqdijatın təmin olunmasını xahiş edi. Məhkəmə iclasında iştirak edən Borclu bildirdi ki, əmlakın satılması ilə bağlı müraciətlər etmişdir. Hazırda torpağı satıb borcunu ödəyəcəkdir. Tanıdığı var və ona satıb ödəmək istəyir. Əgər tələbkar pulunu istəyirsə həmin torpağı götürsün, qalan pulu da ona versin. Ona 150 min manat təklif edirlər, lakin həmin qiymətə borcu ödəyə bilmir. Eyni zamanda əmlakın üzərinə həbsin qoyulmasına etiraz etmir, belə ki, əmlakın üzərində təminat tədbiri kimi həbs qoyulub. Onsuz da heç kim həmin əmlakı sata bilməz.Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, borclununvə icra məmmurunun izahatını dinləyərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Təqdimata əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Gəncə Apellyasİya Məhkəməsinin 2(104)-2240/2023-006 nömrəli, 03,11.2023-cü il tarixli icra vərəqəsi əsasında icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Eyni zamanda borclu icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığı təqdirdə onun barəsində qanunamüvafiq qaydada məcburi icra tədbirləri tətbiq olunacağı barədə xəbərdar olunmuşdur. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdən sonra könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaranmış və bu səbəbdən də icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci bir ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam hüququnun qadağan olunmasından,zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanılmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadına əsasən qoyulur. Beləliklə, icra sənədinə əsasən borclunun öhdəliyini yerinə yetirmədiyini və məcburi icra tədbirlərinin tətbiqi üçün əsasın yaranmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Borclu məxsus ********** qeydiyyat nömrəli, **********64-06301 reyestr nömrəli qeyri-yaşayış binasının üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266 və 267-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldi: Təqdimat təmin edilsin. Borclu məxsus ********** qeydiyyat nömrəli, **********64-06301 reyestr nömrəli qeyri-yaşayış binasının üzərinə həbs qoyulsun. Qərardadın icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar