Məhkəmə qərarları › İş №8(062)-270/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-270/2024

16.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-270/2024 16.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüqar Dəmirçiyevin iştirakı ilə, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 rayon Məhkəməsinin e-2(062)-64/2024 saylı 11 yanvar 2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüqar Dəmirçiyev təqdimatla Tovuz Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, Tovuz rayon Məhkəməsinin e-2(062)-64/2024 saylı 11 yanvar 2024-cü il tarixli icra sənədinə əsasən Borclu iki uşağın saxlanılması üçün hər ay cəmi 400 manat aliment alınıb X1 verilməlidir. İcra sənədində göstərilən tələbin könüllü icrası üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzrsüz səbəbdən icra işi icra olunmur. Borclu bugünki günə borcu 4800 manat təşkil edir. Məhkəmənin icra sənədində göstərilən tələbin təmin edilməsi və məhkəmə qərarının icrasından yayınmasının qarşısının alınması məqsədi ilə Borclu Azərbaycan Respublikasının hüdudlarından kənara getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüqar Dəmirçiyev təqdimatı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə olunmuş Tovuz rayon Məhkəməsinin e-2(062)-64/2024 saylı 11 yanvar 2024-cü il tarixli icra sənədinə əsasən Borclu iki uşağın saxlanılması üçün hər ay cəmi 400 manat aliment alınıb X1 verilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, icra məmuru Vüqar Dəmirçiyevi dinləyib belə qərara gəlir ki, təqdimat əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlət adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci madddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə belə qərara gəlir ki, Borclu Tovuz rayon Məhkəməsinin e-2(062)- 64/2024 saylı 11 yanvar 2024-cü il tarixli icra sənədini könüllü olaraq icra etmədiyindən və ölkədən getməklə qətnamənin icrasına maneə yarada biləcəyinə görə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 236, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Tovuz rayon Məhkəməsinin e-2(062)-64/2024 saylı 11 yanvar 2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə, xx.xx.1989-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi (təqdim edildiyi) vaxtdan 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar