Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-320/2024 04.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru Vüqar Dəmirçiyevin əmlak üzərinə həbs qoyulması, borcun həmin əmlaka yönəldilməsi haqqında təqdimatına baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru Vüqar Dəmirçiyev məhkəməyə təqdimatla müraciət edərək, Tovuz Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli 2(062)-1775/2024 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu olan 1 ədəd 583 əyarlı Rusiya istehsalı olan brilyant qaşlı nişan üzüyü və 2 ədəd 583 əyarlı Rusiya istehsalı olan boyunbağının üzərinə həbs qoyulması məsələsinin həll edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli 2(062)-1775/2024 saylı icra vərəqəsinə əsasən, cavabdehlər X1 və Borclu 1100 manat dəyərində 1 ədəd 583 əyarlı Rusiya istehsalı olan brilyant qaşlı nişan üzüyü və 2000 manat dəyərində 2 ədəd 583 əyarlı Rusiya istehsalı olan boyunbağı alınaraq X2 ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün Tovuz Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya icra sənədini könüllü icra edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada 10 (on) gün könüllü müddət verilmiş, lakin borclu həmin vaxt ərzində icra vərəqəsini könüllü icra etməmişdir. Odur ki, Tovuz Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli 2(062)- 1775/2024 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclunun adına 1 ədəd 583 əyarlı Rusiya istehsalı olan brilyant qaşlı nişan üzüyü və 2 ədəd 583 əyarlı Rusiya istehsalı olan boyunbağının üzərinə həbs qoyulması məsələsinin həll edilməsini xahiş etmişdir. Təqdimat verən Tovuz Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru Vüqar Dəmirçiyev məhkəmə iclasında təqdimatı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və Tovuz Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru Vüqar Dəmirçiyevi dinləyərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İşin materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli 2(062)-1775/2024 saylı icra vərəqəsinə əsasən cavabdehlər X1 və Borclu 1100 manat dəyərində 1 ədəd 583 əyarlı Rusiya istehsalı olan brilyant qaşlı nişan üzüyü və 2000 manat dəyərində 2 ədəd 583 əyarlı Rusiya istehsalı olan boyunbağı alınaraq X2 ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya icra vərəqini könüllü icra edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada 10 (on) gün könüllü müddət verilmiş, lakin Borclu həmin vaxt ərzində icra vərəqəsini könüllü icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsində məcburi icra tədbiri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi nəzərdə tutulmuşdur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq. İcra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlakın üzərinə həbs məhkəmənin qərardadı ilə qoyulur. Tələbin əmlaka yönəldilməsi isə icra məmurunun səlahiyyətinə aiddir. Belə olan halda təqdimatın əmlaka yönəldilmə hissəsi təmin edilməməlidir. Məhkəmədə müəyyən edildi ki, Borclu Tovuz Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli 2(062)-1775/2024 saylı icra vərəqəsini könüllü icra etməmişdir. Eyni zamanda icra vərəqəsindən müəyyən olunur ki, məhz verilməsi qət edilmiş, göstərilən qızıl zinət əşyalarının üzərinə həbs qoyulması xahiş edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüqar Dəmirçiyevin təqdimatı təmin edilməli və Borclu adına olan 1 ədəd 583 əyarlı Rusiya istehsalı olan brilyant qaşlı nişan üzüyü və 2 ədəd 583 əyarlı Rusiya istehsalı olan boyunbağının üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 236, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Tovuz Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli 2(062)-1775/2024 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu olan 1 ədəd 583 əyarlı Rusiya istehsalı olan brilyant qaşlı nişan üzüyü və 2 ədəd 583 əyarlı Rusiya istehsalı olan boyunbağının üzərinə həbs qoyulsun. Qərarın icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən 10 gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №8(062)-320/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-320/2024
04.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver