Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-330/2024 30.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Eyvazov Firdovsi Mirzə qızının katibliyi ilə Tovuz rayon İcra və probadiya şöbəsinin icra məmuru Azər Mustafazadə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin 2(062)-2145/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1989-cu ildə anadan olnuş və Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan borclu X3, X4, Borclu müştərək qaydada cəmi 3155.06 manat məbləğində pul vəsaiti və 51.55 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. 100 manat məbləğində ekspertiza xərci borclu X1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Tovuz rayon İcra və probadiya şöbəsinin icra məmuru Azər Mustafazadə borclu Tovuz rayon İcra və probadiya şöbəsinin icra məmuru Azər Mustafazafənin oğlunun icra sənədi üzrə tələb təmin edilənədək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, tələbin könüllü icrası borclu X2 müəyyən olunmuş vaxtda bildiriş verilməsinə, dəfələrlə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq icranı təmin etməmiş və icranı təmin etməkdən boyun qaçırmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv və tam nəzərdən keçirib hesab edir ki, təqdimat əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat Azərbaycan Respublikası Ədliyyə Nazirlyinin xx.xx.2016-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş və həmin qərardan göründüyü kimi bu təlimat məhkəmə qərarını üzürsüz səbəbdən icra etməyən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar icra məmurunun fəaliyyətini tənzimləyir. Həmin təlimatın 2.1-ci maddəsindən göründüyü kimi məhkəmə qərarı üzürsüz səbəbdən icra edilmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə tərəfindən müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2.-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl, könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, həmçinin borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümələdən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamalıdır. Həmin Təlimatın 2.5-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsi yoxlanılmalı; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması halları araşdırılmalı, bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasından ibarət hərəkətlər edildikdən sonra həmin təqimat razılaşdırılaraq təsdiq edilməlidir. Lakin, təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar xx.xx.2024-cü ildə qəbul edilmiş. İcra məmuru borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərinin olmasını müəyyən etməmiş, onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş tədbirləri əks etdirənlər sübutlar təqdimata əlavə edilməmişdir. Təqdimatda göstərilməsinə baxmayaraq tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada təqdim edilməmiş, icra hərəkətlərinin mütəmadi olaraq aparılmasına dair sənədlər təqdimata əlavə edilməmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən borclunun əmlakının axtarılması və s icra tədbirlərinin həyata keçirilməsi də müəyyən edilmir. Bütün bunlar onu deməyə əsas verir ki, aparılmış bu kimi icra hərəkətləri qənaətbəxş hesab edilməməli və bu kimi icra hərəkətləri qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin edilməsi məqsədə müvafiq deyildir. Çünki şəxsin ölkə hüdudlarından kənarda olub-olmamasından asılı olmayaraq yuxarıda adı çəkilən Təlimatın 2.2.-ci bəndində nəzərdə tutulmuş hərəkətləri həyata keçirmək, eyni zamanda İcra Məmurları haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaratmaq icra məmurunun vəzifəsi kimi müəyyənləşdirilmişdir. İcra məmuru tərəfindən həmin vəzifələrin həyata keçirilməsi İcra haqqında Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflərin hüquqlarının təminatı rolunda çıxış edir. Belə ki, həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X6 (X8) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il il tarixli qərarının nəticə hissəsində xüsusilə vurğulanmışdır ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Bu nöqteyi nəzərdən məhkəmə qeyd edir ki, borclunun məhkəmə əmri ilə müəyyən edilmiş borcu məhz ödəməkdən yayınmaq niyyəti ilə ölkə hüdudlarından kənara çıxaraq geri qayıtmaması ağlabatan deyildir və bu ehtimallar əsasında onun bu hüququnun məhdudlaşdırılması hazırki vəziyyətdə demokratik cəmiyyətdə o qədər də vacib deyildir. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). X6 (X8) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqe də ondan ibarət olmuşdur ki, “İcra haqqında” Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır. Bununla belə, bu tədbirin qanunvericilik qaydasında nizamlanması hüquqi müəyyənlik, habelə mütənasiblik konstitusiya prinsiplərinə uyğun olmalıdır. “İcra haqqında” Qanunda mütənasiblik prinsipi birbaşa nəzərdə tutulmasa da, müvafiq məhdudiyyətin tətbiq olunması zamanı həmin prinsipin tələblərinin nəzərə alınması vacibdir. Belə ki, mütənasiblik prinsipi Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.4-cü maddəsində əks olunaraq konstitusiya statusu alıb və onun tələbləri konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılması zamanı nəzərə alınmalıdır. İcra üzrə icraatda mütənasiblik prinsipinin tətbiq edilməsi həmçinin "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – "İnzibati icraat haqqında" Qanun) 17-ci maddəsi ilə tələb olunur və “İcra haqqında” Qanunun 1-1-ci maddəsində öz əksini tapmış ədalətlilik prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarında da icra icraatı zamanı mütənasiblik prinsipinə riayət olunmasının, tələbkarın və borclunun hüquq və qanuni maraqlarının balansının təmin edilməsinin vacibliyi vurğulanmışdır. Bu hüquqi mövqe həm də baxılan məsələyə şamil olunur. Yuxarıda qeyd edilən məqsədə nail olmaq üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda icra məmurunun təqdimatında olan məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qanunverici mütənasiblik prinsipinin tələblərini nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qaydasını kifayət qədər aydın müəyyən etmişdir. Belə məhdudlaşdırmanın tətbiqi və götürülməsi ilə bağlı qaydalar Təlimatda daha müfəssəl əks olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-2145/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, icra vərəqəsinin icrasının təmin olunması məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat təmin olunmamalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266 və 267-ci maddələrini rəhbər tutub məhkəmə qərara aldı: Topvuz Rayon Məhkəməsinin 2(062)-2145/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrasının təmin olunması məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №8(062)-330/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-330/2024
30.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver