Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-339/2023 23.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Borclu X1 Tovuz Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Raul Sadıqovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tovuz Rayon Məhkəməsinin 2(062)-189/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X1 yanında olan xx.xx.2019-cu ildə anadan olmuş X4 adlı uşaqla tələbkar X2 hər həftənin şənbə günləri saat 10:00-dan 15:00-dək, bazar günləri saat 11:00-dan 18:00-dək uşağın mənafəyinə uyğun şəraitdə ünsiyyətdə olmaq hüququ verilmişdir. Borclu X5 göstərilən tələb könüllü icra üçün müəyyən olunmuş vaxtda üzürsüz səbəbdən icra olunmamışdır. İcra sənədi borclu X5 izahat alınması üçün dəfələrlə Tovuz rayon icra və probasiya şöbəsinə dəvət edilməsibnə baxmayaraq o, heç bir üzürlü səbəb göstərmədən çağırışlara gəlməmişdir. İcra sənədi üzrə borclu X5 barəsində xx.xx.2023-cü il tarixdə qəbul edilmiş borclunun məcburi gətirilməsi haqqında qərar həmin tarixdə borcluya göndərilmişdir. Lakin buna baxmayaraq, borclu X5 onun barəsində görülən icra tədbirlərinə məhəl qoymadan Tovuz rayon icra və probasiya şöbəsinə gəlməmişdir. Göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən, borclu X1 Tovuz rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə müvafiq olaraq, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Tovuz Rayonu İcra probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Tovuz Rayon Məhkəməsinin 2(062)-189/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu X3 icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu X3 məcburi qaydada Tovuz Rayon İcra və Probasiya Şöbəsinə gətirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçısının tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən məhkəmə icraçısının çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, təqdimat təmin edilərək borclu X1 Tovuz rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231-ci, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-189/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X1 Tovuz rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardad icra olunması üçün Tovuz rayon İcra və Probasiya Şöbəsinə və Tovuz rayon Polis şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №8(062)-339/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-339/2023
23.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver