Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-345/2024 22.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru Azər Mustafazadənin Borclu adına qeydə alınmış ********** qeydiyyat nömrəli, **********64-06301 reyestr nömrəli qeyriyaşayış binası üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Mustafazadə məhkəməyə təqdimatla müraciət edərək Tovuz Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli qərardadına əsasən Borclu adına qeydə alınmış ********** qeydiyyat nömrəli, **********64- 06301 reyestr nömrəli qeyri-yaşayış binası üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. İcra məmuru Azər Mustafazadə məhkəməyə verdiyi təqdimatında göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli qərardadına əsasən Borclunun adına qeydə alınmış ********** qeydiyyat nömrəli, **********64-06301 reyestr nömrəli qeyri-yaşayış binası üzərinə həbs qoyulmuşdur. Hal-hazırda Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2240/2023 saylı xx.xx.2023-cü il icra sənədinə əsasən olan borcu Borclu tam şəkildə icra etmişdir. İcra məmurunun qərarına əsasən icra sənədi üzrə icraat xitam edilmişdir. Odur ki, Borclunun adına qeydə alınmış ********** qeydiyyat nömrəli, **********64-06301 reyestr nömrəli qeyri-yaşayış binası üzərindən həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli qərardadına əsasən Borclu adına qeydə alınmış ********** qeydiyyat nömrəli, **********64-06301 reyestr nömrəli qeyri-yaşayış binası üzərinə qoyulmuş həbs götürülməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin icra sənədi tam icra olunduğu üçün icra üzrə icraata xx.xx.2024-cü il tarixli qərarla xitam verilmişdir. Göründüyü kimi tələb Borclu tərəfindən tam ödənildiyi üçün əmlak üzərinə qoyulmuş həbsin saxlanılmasına zərurət qalmamışdır. Ona görə də qoyulmuş həbsin götürülməsi barədə təqdimat təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 8(062)-269/2024 saylı, 15 avqust 2024-cü il tarixli qərardadına əsasən, Borclu adına qeydə alınmış ********** qeydiyyat nömrəli, **********64-06301 reyestr nömrəli qeyri-yaşayış binası üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 8(062)-269/2024 saylı, 15 avqust 2024-cü il tarixli qərardadı ilə Borclu adına qeydə alınmış ********** qeydiyyat nömrəli, **********64-06301 reyestr nömrəli qeyri-yaşayış binası üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi (təqdim edildiyi) vaxtdan 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №8(062)-345/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-345/2024
22.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver