Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-346/2024 07.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatından görünür ki, xx.xx.2024-cü tarixli icraata başladığı Tovuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(062)-123/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq Borclu hər ay 360 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. Borclu 2880 manat aliment borcu yaranmışdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Tovuz rayon İcra və Probasiya şöbəsinə icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildiriş və SMS bildirlişlə İcra sənəc üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi 10 gün müddətində könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdin Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini və gəlirlərin yoxlamaq üçün "Elektron İcra İnformasiya Sistemi” vasitəsi ilə real vaxt rejimində sorğular verilmişdir. Borclu əmlak vəziyyətini və gəlirlərinə dair verilmiş sorğuları nəticəsində borclunun adına rəsmi gəlir və əmlak aşkar edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu qeydiyyatda olduğu ünvana gedilmiş və borclunun qeydiyyatda olduğu unvandaki fərdi yaşayış evinə baxış keçirilmişdir. Evə baxış keçirilən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlaklardan başqa əmlak aşkar edilməmişdir. Qətnamə üzrə borc bu vaxta kimi könüllü olaraq icra edilməmiş, icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədi üzrä tələbifı təmin edilməməsi təqdirdə onun inzibati və cinayət məhsuliyyətinə cəlb olunması barədə mobil telefon vasitəsi ilə -geniş izah verilmiş, Borclu edilmiş müvafiq xəbərdarlıqlar təqdimjätä əlavə edilimişdir.Qeyd etdi ki, Borclu yerinin müəyyən edilməməsi və onun sərhədkeçmə məlumatları üzrə əldəedilmiş məlumatlar üzrə ölkə xaricində olması səbəbindən onun barəsində borclunun axtarılmasına dair qərar qəbul edilərək Tovuz Rayon Polis şöbəsinə göndərilmişıdir. Borclu qərəzli olaraq borcu ödəməmək ücun ölkəyə dönüş etdikdən sonra yenidən ölkədən getmək ehtimalının yüksək olmasının nəzərə alaraq ölkədən getmək hüququ müvəqqəti mə məhdudlaşdırılması zərurəti yaranmışdır. Göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsinə əsasən, xx.xx.1990-cı il tarixdə anadan olmuş, Tovuz rayonu rayonu Yanıqlı kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Tovuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(062)-123/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasənxx.xx.2024-cü il tarixdən başlayaraq Borclu hər ay 360 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cu il tarixli qərardan görünür ki, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Tovuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(062)- 123/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və X2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. «İcra haqqında» qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı təmin edilsin. Tovuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(062)-123/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu (Tovuz rayonu Yanıqlı kəndində qeydiyyatda olan və Tovuz rayonu Yanıqlı kəndində yaşayan, xx.xx.1990-cı il təvəllüdlü) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №8(062)-346/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-346/2024
07.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver