Məhkəmə qərarları › İş №8(062)-35/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-35/2025

28.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-35/2025 28.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə Tovuz Rayon Məhkəməsinin 2(062)-1264/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu aşkar edilmiş Hyundai Grandeur minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə həbs qoyulması məsələsinin həll edilməsi haqqında Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata baxaraq, MÜƏYYƏN ETDİ : Tovuz Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru Vüqar Dəmirçiyev məhkəməyə təqdimatla müraciət edərək, Tovuz Rayon Məhkəməsinin 2(062)- 1264/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icra olunması üçün Borclu aşkar edilmiş Hyundai Grandeur minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə həbs qoyulması məsələsinin həll edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 2(062)- 1264/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu cəmi 1030 manat pul alınaraq tələbkar X1 verilməlidir. İcra sənədi Tovuz Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun olduğundan qərarla icraata başlanılmışdır. İcra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müddət təyin edilmiş, lakin borclu könüllü təyin olunmuş müddət ərzində icra vərəqəsini icra etməmişdir. Ona görə də borclunun əmlak vəziyyətinin aşkar edilməsi məqsədi ilə məcburi icra tədbirləri həyata keçirilmiş, nəticədə “Elektron İcra” İnformasiya sistemindən vətəndaşlar haqqında məlumat portalından çıxarışa əsasən Borclu adına Hyundai Grandeur minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyata alındığı məlum olmuşdur. Ona görə də Tovuz Rayon Məhkəməsinin 2(062)- 1264/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borcluda aşkar edilmiş avtomaşın üzərinə həbs qoyulması məsələsinin həll edilməsini xahiş etmişdir. İşə əlavə olunmuş qəbzlərdən görünür ki, borclu tələbkara olan borcunu tam ödəmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İşə əlavə edilən “Elektron icra” informasiya sistemindən vətəndaşlar haqqında məlumat portalından çıxarışa əsasən, Borclu adına Hyundai Grandeur minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyata alınması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmədə müəyyən olundu ki, Borclu adına Hyundai Grandeur minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyata alınmışdır. Həmçinin aydın olur ki, icra məmuru tərəfindən təqdimat verildikdən sonra borclu tələbkara olan borcunu tam ödəmişdir. Ona görə də Tovuz Rayon Məhkəməsinin 2(062)-1264/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclunun adına qeyd edilmiş Hyundai Grandeur minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu adına olan Hyundai Grandeur minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar