Məhkəmə qərarları › İş №8(062)-361/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-361/2023

06.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-361/2023 06.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Asif Hüseyovun Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatını nəzərdən keçirərək, müəyyən etdim: Təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat Azərbaycan Respublikası Ədliyyə Nazirlyinin xx.xx.2016-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş və həmin qərardan göründüyü kimi bu təlimat məhkəmə qərarını üzrsüz səbəbdən icra etməyən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar icra məmurunun fəaliyyətini tənzimləyir. Həmin təlimatın 2.1-ci maddəsindən göründüyü kimi məhkəmə qərarı üzrsüz səbəbdən icra edilmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə tərəfindən müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2.-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl, könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, həmçinin borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümələdən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamalıdır. Həmin Təlimatın 2.5-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsi yoxlanılmalı; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması halları araşdırılmalı, bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunubolunmamasından ibarət hərəkətlər edildikdən sonra həmin təqdimat razılaşdırılaraq təsdiq edilməlidir. İş materiallarından göründüyü kimi borclu barədə hər hansı icra hərəkətlərinin aparılması və borclunun icra sənədini üzürsüz olaraq icra etməməsinə dair hər hansı sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsində müəyyən edilmişdir ki,mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 13.5-ci maddəsinə əsasən belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Qanunun analogiyası üzrə qeyd edilən prosessual hüquq normalarını tətbiq edərək onu qeyd edirəm ki, təqdimata kifayət qədər sübutlar əlavə edilmədiyindən təqdimat onu verən şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 151, 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, qərara aldım: Təqdimat geri qaytarılsın. Təqdimat vermiş şəxsə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar