Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-366/2024 02.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2024-cü “icra sənədinin qaytarılması” haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz rayon İcra və Probasiya Şöbəsinin 10.01. 2024-cü il tarixli “icra sənədinin qaytarılması” haqqında qərarı ilə Tovuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(062)- 1046/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra vərəqəsi geri qaytarılmışdır. X2 həmin qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini və Tovuz Rayon Məhkəməsinin1046/2023 saylı xx.xx.2023-cü saylı icra sənədinin icrası ilə bağlı hərəkətlərin davam etdirilməsi üçün icra sənədinin icra şöbəsinə qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tovuz rayon Məhkəməsinin 1046/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən,X3 1 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 180 manat məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Borclu himayəsində olan uşaqlara yardım etdiyi üçün ondan tutulan alimentin dayandırılması barədə ərizə vermişdir və Tovuz rayon İcra və Probasiya şöbəsinin 1046/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədinin icrası dayandırılmışdır. İcra məmuru və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə işə icra məmurunun və tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X1 şikayəti təmin edilməlidir. Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Raul Sadıqovun 10.01. 2024-cü il tarixli “icra sənədinin qaytarılması” haqqında qərarı ilə Tovuz Rayon Məhkəməsinin 1046/2023 saylı xx.xx.2023-cü tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən icra sənədi geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin qanunun 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmədə müəyyən olundu ki, Tovuz rayon İcra və Probasiya Şöbəsinin 10.01. 2024-cü il tarixli qərarı ilə icra sənədi Tovuz Rayon məhkəməsinə qaytarılmışdır. Tələbkar 1046/2023 saylı xx.xx.2023-cü tarixli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Raul Sadıqovun 10.01. 2024-cü il tarixli “icra sənədinin qaytarılması” haqqında qərarı ləğv edilməli və icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Raul Sadıqovun 10.01. 2024-cü il tarixli “icra sənədinin qaytarılması” haqqında qərarı ləğv edilsin. Tovuz Rayon Məhkəməsinin 1046/2023 saylı xx.xx.2023-cü icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Tovuz rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №8(062)-366/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-366/2024
02.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver