Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-38/2025 30.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu məxsus avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsi barədə Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüqar Dəmirçiyev tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüqar Dəmirçiyev təqdimatla Tovuz Rayon Məhkəməsinə müraciət edərək Borclu məxsus «KİA CEED» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-928/2024 saylı qətnaməsinə əsasən, Borclu 20000 manat pulun və 150 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb tələbkar X1 verilməsi qət olunmuşdur. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbəyə daxil olmuş, həmin tarixdə tələbin könüllü icrası barədə borclulara bildiriş göndərilmişdir. Borclu tərəfindən qətnamə icra edilmədiyi üçün ona məxsus «KİA CEED» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət edilmiş və məhkəmənin qərardadı ilə təqdimat təmin edilmişdir. Aparılmış icra tədbirləri üzrə qeyd olunan avtomaşın saxlanılaraq, müvəqqəti dayanacağa yerləşdirilmiş və qiymətləndirilərək tələbkara təklif edilmişdir. 13100 manat dəyər müəyyən edilən avtomaşın borc əvəzi kimi tələbkar tərəfindən qəbul edilmişdir. Həmin avtomaşına dair tələbkarın adına müvafiq qeydiyyat aparılması məqsədi ilə avtomaşının üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Odur ki, hazırki təqdimatla məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Borclu izahatında göstərdi ki, onun icra sənədində göstərilən qədər borcu olmamışdır. Bu barədə sübutları vardır. Lakin məhkəmə iclasında iştirak etmədiyi üçün təqdim edə bilməmişdir. Qətnamədən isə vaxtında apellyasiya şikayəti verə bilmədiyi üçün şikayəti geri qaytarılmışdır. Hesab edir ki, təqdimat əsassızdır. Odur ki, təqdimatın təmin edilməməsini xahiş etdi. Təqdimata baxılması barədə icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsində göstərilmişdir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə göstərir ki, məhkəmə aktlarının icrası məhkəmə hakimiyyətinin bütövlüyünün təmin olunmasında xüsusi yer tutur. Məhkəmə hakimiyyəti orqanının bu və ya digər aktının icra edilməsinin meyarı məhkəmə hakimiyyətinin cəmiyyətdə əsas təyinatını əks etdirir. Ona görə də çıxarılmış məhkəmə aktları kağız üzərində qalmamalı, icra edilməklə ədalətin real olaraq bərqərar edilməsi aydın görünməlidir. İş materiallarında olan: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-928 saylı qətnaməsindən görünür ki, Borclu 20000 manat pulun və 150 manat ödənilmiş dövlət rüsumunun alınıb tələbkar X1 verilməsi qət olunmuşdur. Tovuz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)- 928/2024 saylı qətnaməsi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icrası üçün 10 (on) gün müddətinə vaxt verilmişdir. Elektron icra informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Borclu mülkiyyətində “KİA CEED” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşın aşkar edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(062)-253 saylı qərardadından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-928 saylı qətnaməsinin icrasının təmin edilməsi üçün Borclu məxsus “KİA CEED” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. Təqdimatdan və iş materiallarından görünür ki, aparılmış icra tədbirləri üzrə “KİA CEED” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılaraq, müvəqqəti dayanacağa yerləşdirilmiş və qiymətləndirilərək tələbkara təklif edilmişdir. 13100 manat dəyər müəyyən edilən avtomaşın borc əvəzi kimi tələbkar tərəfindən qəbul edilmişdir. Həmin avtomaşına dair tələbkarın adına müvafiq qeydiyyat aparılması məqsədi ilə avtomaşının üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Həmin Qanunun 53.3-ci maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 129-cu maddəsinin İ və İİ hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə, 60-cı maddəsinin İ hissəsinə, 129-cu maddəsinin İ və İİ hissələrinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1 və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsi tələbkarın həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini özündə əks etdirən və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməli və həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı bu protokol əsasında aparılmalıdır. Məhkəmə hesab edir ki, hazırda aparılmış icra tədbirləri üzrə “KİA CEED” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılaraq, müvəqqəti dayanacağa yerləşdirilmiş və qiymətləndirilərək tələbkara təklif edilmişdir. 13100 manat dəyər müəyyən edilən avtomaşın borc əvəzi kimi tələbkar tərəfindən qəbul edilmişdir. Həmin avtomaşına dair tələbkarın adına müvafiq qeydiyyat aparılması məqsədi ilə avtomaşının üzərinə qoyulmuş həbs götürülməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında göstərmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Borclu məxsus avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsi barədə Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüqar Dəmirçiyev tərəfindən verilmiş təqdimat təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-928/2024 saylı icra sənədi üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(062)-253 saylı qərardadı əsasında Borclu məxsus «KİA CEED» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(062)-38/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-38/2025
30.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver