Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-388/2024 28.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi Borclu iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4492/2024 saylı 30 may 2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Mustafazadənin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Mustafazadə təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4492/2024 saylı 30 may 2024-cü il tarixli icra sənədinə əsasən borclu X2 və Borclu cəmi 475,92 manat pul və 30 manat dövlət rüsumu alınıb X1 ödənilməlidir. İcra sənədi icra olunması üçün Tovuz rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədində göstərilən tələbin könüllü icrası üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzrsüz səbəbdən icra işi icra olunmur. Məhkəmənin icra sənədində göstərilən tələbin təmin edilməsi və borclunun icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi məqsədi ilə Borclu icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında iştirak etdi. İşdə iştirak etməli olan şəxslərə və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və materialı araşdıraraq hesab edir ki, təqdimat təmin edilə bilməz. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4492/2024 saylı 30 may 2024cü il tarixli icra sənədi icra olunması üçün Tovuz rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafıq icra tədbirləri həyata keçirməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfındən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə məcburi qaydada gətirilə bilər. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. İş materiallarından Borclu İcra və Probasiya Şöbəsinə çağırılması, eyni zamanda bu barədə qəbul edilmiş müvafiq qərarın borcluya göndərilməsi təsdiq olunmur. Həmçinin məhkəmə tərəfindən borcluya SMS xəbərdarlıq şəklində bildiriş göndərilmiş, Borclu məhkəmə iclasına gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu məcburi gətirilməsinə dair təqdimatın təmin olunmasına əsas yoxdur. Məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsi barədə icra məmurunun təqdimatının təmin edilməsi mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 15-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4492/2024 saylı 30 may 2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Mustafazadənin təqdimatı təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (təqdim edildiyi) vaxtdan 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №8(062)-388/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-388/2024
28.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver