Məhkəmə qərarları › İş №8(062)-4/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-4/2023

16.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-4/2023 16.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi X1katibliyi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə Tovuz Rayon İcra və X4 Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinin 28 sentyabr 2022-ci il tarixli 8İ-14807 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu iş günləri saat 12:00-dan gec olmayaraq məcburi gətirilməsi barədə təqdimatına Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəməyə təqdimat verərək, Tovuz Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinin 28 sentyabr 2022-ci il tarixli 8İ-14807 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu iş günləri saat 12:00-dan gec olmayaraq məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında təqdimatı müdafiə edərək göstərdi ki, Tovuz Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinin 28 sentyabr 2022-ci il tarixli 8İ-14807 saylı icra qeydinə əsasən, Borclu cəmi 2764,06 (iki min yeddi yüz altmış dörd manat altı qəpik) manat məbləğində pul alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsi qeyd olunmuşdur. Borclunun hazırda icra sənədi üzrə 2764,06 (iki min yeddi yüz altmış dörd manat altı qəpik) manat borcu ödənilməmişdir. Borclu tərəfindən göstərilən tələb könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra olunmur. İcra vərəqəsi üzrə Borclu izahat alınması üçün dəfələrlə Tovuz Rayon icra və Probasiya Şöbəsinə dəvət edilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən Tovuz Rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Ona görə də Borclu iş günləri saat 12:00-dan gec olmayaraq məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və icra məmuru İlqar Məmmədovu dinləyərək hesab edir ki, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tovuz Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinin 28 sentyabr 2022-ci il tarixli 8İ-14807 saylı icra qeydinə əsasən, X3 cəmi 2764,06 (iki min yeddi yüz altmış dörd manat altı qəpik) manat məbləğində pul alınıb "xxxx" ASCnin xeyrinə ödənilməsi qeyd olunmuşdur. Təqdimata əlavə olunmuş borclunun məcburi gətirilməsi barədə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin qərarından görünür ki, Borclu məcburi gətirilməsi barədə Tovuz Rayon icra və Probasiya Şöbəsi tərəfindən qərar qəbul edilmiş, həmin qərar Borclu göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərariar dövlət adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə üzürsüz səbəbdən gəlməkdən yayman şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən, bu Qanunun 84.2-ci maddədə nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 (on) gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə hesab edir ki, Borclu Tovuz Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinin 28 sentyabr 2022-ci il tarixli 8İ-14807 saylı icra sənədini könüllü oiaraq icra etməməsinə görə və icra məmurunun çağırışlarına gəlmədiyi üçün o, məcburi qaydada gətirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 236, 263- 264-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Tovuz Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinin 28 sentyabr 2022-ci il tarixli 8İ-14807 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu - xx xxxxxx 1993-cü ildə Tovuz rayonu Aşağı Ayıblı kəndində anadan olmuş və Tovuz rayonu Əyyublu kəndində yaşayan Borclu barəsində iş günləri saat 12:00-dan gec olmayaraq məcburi gətirmə tədbiri tətbiq edilsin. Borclu məcburi qaydada Tovuz Rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərarın icrası Tovuz RPŞ-si X6 tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar