Məhkəmə qərarları › İş №8(062)-51/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-51/2024

14.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-51/2024 14.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Borclu və Tələbkar iştirakları ilə Borclu məcburi gətirilməsi barədə Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Raul Sadıqov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Raul Sadıqov təqdimatla Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1963-cü il tarixdə Tovuz rayonu Əlibəyli kəndində anadan olmuş və Tovuz rayonu Hacallı kəndində qeydiyyatda olan Borclu iş günləri saat 12:00-dan gec olmayaraq məcburi gətirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-147/2022 saylı icra sənədinə əsasən Tələbkar mülkiyyətinə verilmiş Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən torpaq sahəsinin 110 kv.metr hissəsində cavabdeh Borclu tərəfindən qanunsuz inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdeh Borclu tikinti materialları ilə birlikdə torpaq sahəsindən çıxarılması, Tələbkar və Borclu hər birindən 25 manat ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İcra sənədi Tovuz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmışdır. İcra sənədi üzrə borcludan izahat alınması üçün dəfələrlə şöbəyə dəvət edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərilmədən çağırışlara gəlməmişdir. Hazırda Borclu tərəfindən icra sənədi icra olunmamışdır. Borclu barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmiş və həmin tarixdə ona göndərilmişdir. Lakin borclu tərəfindən buna məhəl qoyulmamışdır. Odur ki, hazırki təqdimatla məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Borclu izahatında göstərdi ki, məhkəmənin qətnaməsi hələ qanuni qüvvəyə minmədiyindən icra sənədini icra etmir. Ona görə də icra məmurunun çağırışına da getmir. Odur ki, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar izahatında göstərdi ki, borclu məhkəmə qətnaməsini qərəzli şəkildə icra etmir. Odur ki, təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində qeyd olunmuşdur ki, Məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra — qərarlar) çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə göstərir ki, məhkəmə aktlarının icrası məhkəmə hakimiyyətinin bütövlüyünün təmin olunmasında xüsusi yer tutur. Məhkəmə hakimiyyəti orqanının bu və ya digər aktının icra edilməsinin meyarı məhkəmə hakimiyyətinin cəmiyyətdə əsas təyinatını əks etdirir. Ona görə də çıxarılmış məhkəmə aktları kağız üzərində qalmamalı, icra edilməklə ədalətin real olaraq bərqərar edilməsi aydın görünməlidir. İş materialları ilə müəyyən edilir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-147/2022 saylı icra sənədinə əsasən Tələbkar mülkiyyətinə verilmiş Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən torpaq sahəsinin 110 kv.metr hissəsində cavabdeh Borclu tərəfindən qanunsuz inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdeh Borclu tikinti materialları ilə birlikdə torpaq sahəsindən çıxarılması, Tələbkar və Borclu hər birindən 25 manat ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmiş, icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və həmin tarixli tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bildiriş borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Borclu çağırışa məhəl qoymadığı üçün borclunun məcburi gətirilməsi barədə icra məmuru qərar qəbul etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsində göstərilmişdir ki, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Raul Sadıqov tərəfindən verilmiş təqdimat təmin edilsin. xx.xx.1963-cü il tarixdə Tovuz rayonu Əlibəyli kəndində anadan olmuş və Tovuz rayonu Hacallı kəndində qeydiyyatda olan Borclu Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-147/2022 saylı icra sənədinin icrası üzrə iş günləri saat 12:00-dən gec olmayaraq Tovuz rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Tovuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar