Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-52/2024 14.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Tovuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Tovuz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tovuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 təqdimatda göstərmişdir ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Tovuz Rayon Məhkəməsi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli 2(062)-1690/2023 icra sənədinə əsasən Borclu cəmi 9231,72 manat məbləğində pul vəsaiti və 115,59 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2023-cü iltarixində Tovuz rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndəlmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatalara sorğular göndəruilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam təmin olunmamışdır. Məhkəmənin icra sənədində göstərilən tələbin təmin edilməsi və borclunun Azərbaycan Respublikasının hüdudlarından kənara getmək məhkəmə qərarının icrasından yayınmasının qarşısının alınması məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaında iştirak edən tələbkar "xxxx" ASC-nin nümayəndəsi X6 bildirdi ki, Borclu icra sənədini icra etmir. Ona görə də, təqdimaatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında borcluya və icra məmuruna lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə müvafiq olaraq, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, belə qərara gəlir ki, təqdimat əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat Azərbaycan Respublikası Ədliyyə Nazirlyinin xx.xx.2016-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş və həmin qərardan göründüyü kimi bu təlimat məhkəmə qərarını üzürsüz səbəbdən icra etməyən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar icra məmurunun fəaliyyətini tənzimləyir. Həmin təlimatın 2.1-ci maddəsindən göründüyü kimi məhkəmə qərarı üzürsüz səbəbdən icra edilmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə tərəfindən müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl, könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, həmçinin borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümələdən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamalıdır. Həmin Təlimatın 2.5-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsi yoxlanılmalı; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması halları araşdırılmalı, bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasından ibarət hərəkətlər edildikdən sonra həmin təqimat razılaşdırılaraq təsdiq edilməlidir. Lakin, təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş. İcra məmuru borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərinin olmasını müəyyən etməmiş, onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş tədbirləri əks etdirən sübutlar təqdimata əlavə edilməmişdir. Təqdimatda göstərilməsinə baxmayaraq tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada təqdim edilməmiş, icra hərəkətlərinin mütəmadi olaraq aparılmasına dair sənədlər təqdimata əlavə edilməmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən borclunun əmlakının axtarılması və s icra tədbirlərinin həyata keçirilməsi də müəyyən edilmir. Bütün bunlar onu deməyə əsas verir ki, aparılmış bu kimi icra hərəkətləri qənaətbəxş hesab edilməməli və bu kimi icra hərəkətləri qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin edilməsi məqsədə müvafiq deyildir. Çünki şəxsin ölkə hüdudlarından kənarda olub-olmamasından asılı olmayaraq yuxarıda adı çəkilən Təlimatın 2.2.-ci bəndində nəzərdə tutulmuş hərəkətləri həyata keçirmək, eyni zamanda İcra Məmurları haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaratmaq icra məmurunun vəzifəsi kimi müəyyənləşdirilmişdir. İcra məmuru tərəfindən həmin vəzifələrin həyata keçirilməsi İcra haqqında Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflərin hüquqlarının təminatı rolunda çıxış edir. Belə ki, həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X8 (X14) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il il tarixli qərarının nəticə hissəsində xüsusilə vurğulanmışdır ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Bu nöqteyi nəzərdən məhkəmə qeyd edir ki, borclunun məhkəmə əmri ilə müəyyən edilmiş borcu məhz ödəməkdən yayınmaq niyyəti ilə ölkə hüdudlarından kənara çıxaraq geri qayıtmaması ağlabatan deyildir və bu ehtimallar əsasında onun bu hüququnun məhdudlaşdırılması hazırki vəziyyətdə demokratik cəmiyyətdə o qədər də vacib deyildir. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). X8 (X14) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqe də ondan ibarət olmuşdur ki, “İcra haqqında” Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır. Bununla belə, bu tədbirin qanunvericilik qaydasında nizamlanması hüquqi müəyyənlik, habelə mütənasiblik konstitusiya prinsiplərinə uyğun olmalıdır. “İcra haqqında” Qanunda mütənasiblik prinsipi birbaşa nəzərdə tutulmasa da, müvafiq məhdudiyyətin tətbiq olunması zamanı həmin prinsipin tələblərinin nəzərə alınması vacibdir. Belə ki, mütənasiblik prinsipi Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.4-cü maddəsində əks olunaraq konstitusiya statusu alıb və onun tələbləri konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılması zamanı nəzərə alınmalıdır. İcra üzrə icraatda mütənasiblik prinsipinin tətbiq edilməsi həmçinin "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – "İnzibati icraat haqqında" Qanun) 17-ci maddəsi ilə tələb olunur və “İcra haqqında” Qanunun 1-1-ci maddəsində öz əksini tapmış ədalətlilik prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarında da icra icraatı zamanı mütənasiblik prinsipinə riayət olunmasının, tələbkarın və borclunun hüquq və qanuni maraqlarının balansının təmin edilməsinin vacibliyi vurğulanmışdır. Bu hüquqi mövqe həm də baxılan məsələyə şamil olunur. Yuxarıda qeyd edilən məqsədə nail olmaq üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda icra məmurunun təqdimatında olan məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qanunverici mütənasiblik prinsipinin tələblərini nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qaydasını kifayət qədər aydın müəyyən etmişdir. Belə məhdudlaşdırmanın tətbiqi və götürülməsi ilə bağlı qaydalar Təlimatda daha müfəssəl əks olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tovuz Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(062)-1690/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatı təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi (təqdim edildiyi) vaxtdan 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov İŞ № 8(062)-234/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Tovuz Rayon Məhkəməsi X11 Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru Raul Sadiqovun iştirakı ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru Raul Sadiqovun avtomaşın üzərinə həbs qoyulması, borcun həmin əmlaka yönəldilməsi haqqında təqdimatına 04 iyul 2022-ci il tarixdə Tovuz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını açaraq Tovuz Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(062)-373 saylı icra sənədi üzrə avtomaşın üzərinə həbs qoyulması, borcun həmin əmlaka yönəldilməsi haqqında təqdimatına baxıldığını elan edir. Sədrlik edən məruzə etmək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək göstərir ki, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru Raul Sadiqov məhkəmə iclas zalındadır. Sədrlik edən işə Tovuz Rayon Məhkəməsinin hakimi Qafil Baxşıyevin sədrliyi, Kəklik Cavadovanın katibliyi ilə baxıldığını elan edir, tərəflərə hakimə və iclas katibinə etiraz etmək hüququnu izah edir və sədrlik edənə və katibə etiraz edib-etməmələrini soruşur. İcra məmuru A.Hüseynov: Etirazım yoxdur. Sədrlik edən işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, hüquq və vəzifələrini başa düşüb-düşməmələrini soruşur: İcra məmuru A.Hüseynov: Hüquq və vəzifələrim aydındır. Sədrlik edən icra məmuru Raul Sadiqova söz verir. İcra məmuru Raul Sadiqovun izahatı: Tovuz Rayon Məhkəməsinin 25 noyabr 2021ci il tarixli 2(062)-373 saylı icra vərəqəsinə əsasən, cavabdeh X1 bir uşağın saxlanılması üçün hər ay 140 manat məbləğində aliment alınaraq X5 ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün Tovuz Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya icra sənədini könüllü icra edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada 10 (on) gün könüllü müddət verilmiş, lakin borclu həmin vaxt ərzində icra vərəqəsini könüllü icra etməmişdir. Ona görə də borclunun icra vərəqəsi üzrə borcun yönəldilə bilinəcək əmlakının aşkar edilməsi məqsədilə məcburi icra tədbirləri həyata keçirilmiş, nəticədə borclunun elektron sorğunun cavabına əsasən, X2 adına Chevrolet NİVA minik markalı **-TP-*** qeydiyyat nişanlı avtomaşın aşkarlanmışdır. Odur ki, Tovuz Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(062)-373 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu X2 adına Chevrolet NİVA minik markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması və borcun həmin əmlaka yönəldilməsi məsələsinin həll edilməsini xahiş edirəm. Sədrlik edən müşavirə otağına gedir, müşavirədən qayıdaraq, qərardadı oxuyub elan edir. Qərardaddan şikayət vermə müddətini və qaydasını izah edir. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №8(062)-52/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-52/2024
14.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver