Məhkəmə qərarları › İş №8(062)-58/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-58/2025

17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-58/2025 17.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, X1 iştirakı ilə X1 alimentin indeksasiyasına dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 alimentin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-3018/2023 saylı qətnaməsinə əsasən, Borclu Nurcan, Nurxan və Ayxan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin 2025-ci il üzrə minimum əmək haqqına nisbətdə indeksasiya edilərək ödənilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, cavabdehlə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Nikahlarından olan üç nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-3018/2023 saylı qətnaməsinə əsasən, hər ay hər uşağa görə 100 manat məbləğində aliment cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Hazırda alimentin indeksasiyası zərurəti olduğu üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-3018/2023 saylı qətnaməsinə əsasən, 2025-ci il üzrə minimum əmək haqqına nisbətdə indeksasiya edilərək ona ödənilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən, maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)- 3018/2023 saylı qətnaməsinə əsasən, Borclu Nurcan, Nurxan və Ayxan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutulub X4 ödənilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsində tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarına əsasən, nikahın pozulması və aliment tələblərinə aid iddialarda alimentin hesablanması ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun olaraq hesablanmalıdır. Məhkəmə hesab edir ki, 2023-cü il üçün Azərbaycan Respublikasında minimum əmək haqqı məbləği 345 manat olduğundan məhkəmə qətnaməsi ilə təyin olunmuş 100 manat məbləğindəki aliment 0,28 misli məbləğindədir. Məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarı tərəflərin əmlak vəziyyətinə və uşaqların saxlanılması üçün respublika üzrə müəyyən olunmuş minimum miqdara uyğunlaşdırılmalıdır. Odur ki, 05 fevral 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 28 may 2008-ci ildə anadan olmuş Nurcan, 20 aprel 2012-ci ildə anadan olmuş Nurxan və 27 fevral 2022-ci ildə anadan olmuş Ayxan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,28 misli həddində sabit pul məbləğində aliment tutulmasını qanuni və əsaslı hesab edir. (Göstərilən minimum əmək haqqı məbləğinin 0,28 mislinə uyğun olaraq hesabladıqda 2025-ci il üçün 112 manat aliment alınmasını nəzərdə tutur.) Məhkəmə hesab edir ki, mövcud indeksasiya alimentin artırılmasına uyğun olduğundan alimentin indeksasiya olunaraq tutulması tarixinin əvvəli ərizə məhkəməyə daxil olduğu gündən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. 05 fevral 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 28 may 2008-ci ildə anadan olmuş Nurcan, 20 aprel 2012-ci ildə anadan olmuş Nurxan və 27 fevral 2022-ci ildə anadan olmuş Ayxan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,28 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar