Məhkəmə qərarları › İş №8(062)-6/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-6/2023

16.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-6/2023 16.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə Tovuz Rayon İcra və X3 Rayon Məhkəməsinin 01 iyun 2022-ci ii tarixli 2(062)- 1316/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu iş günləri saat 12:00-dan gec olmayaraq məcburi gətirilməsi barədə təqdimatına Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəməyə təqdimat verərək, Tovuz Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(062)-1316/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu iş günləri saat 12:00-dan gec olmayaraq məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında təqdimatı müdafiə edərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(062)-1316/2022 saylı icra vərəqəsinə əsasən, Borclu ümumilikdə 714 (yeddi yüz on dörd) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Borclunun hazırda icra sənədi üzrə 744 (yeddi yüz qırx dörd) manat borcu vardır. Borclu tərəfindən göstərilən tələb könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra olunmur. İcra vərəqəsi üzrə Borclu izahat alınması üçün dəfələrlə Tovuz Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən Tovuz Rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Ona görə Borclu iş günləri saat 12:00- dan gec olmayaraq məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və icra məmuru İlqar Məmmədovu dinləyərək hesab edir ki, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(062)-1316/2022 saylı icra vərəqəsinə əsasən, Borclu ümumilikdə 714 (yeddi yüz on dörd) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Təqdimata əlavə olunmuş bGrclunun məcburi gətirilməsi barədə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin qərarından görünür ki, Borclu məcburi gətirilməsi barədə Tovuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qərar qəbul edilmiş, həmin qərar Borclu göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar döviət adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsində göstərilir, ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə üzürsüz səbəbdən gəlməkdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən, bu Qanunun 84.2-ci maddədə nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 (on) gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə hesab edir ki, Borclu Tovuz Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(062)-1316/2022 saylı icra sənədini könüllü olaraq icra etməməsinə görə və icra məmurunun çağırışlarına gəlmədiyi üçün o, məcburi qaydada gətirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 236, 263- 264-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA * ALDİ: Təqdimat təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(062)-1316/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu - xx xxxxxx 1993-cü ildə Tovuz rayonu Əlibəyli kəndində anadan olmuş və Tovuz rayonu Əlibəyli kəndində yaşayan X1 barəsində iş günləri saat 12:00-dan gec olmayaraq məcburi gətirmə tədbiri tətbiq edilsin. Borclu məcburi qaydada Tovuz Rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar