Məhkəmə qərarları › İş №8(062)-66/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-66/2023

23.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-66/2023 23.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, Borclu Yunis oğlunun məcburi gətirilməsi barədə Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlqar Məmmədov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlqar Məmmədov təqdimatla Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1971-ci il tarixdə Tovuz rayonu Aşağı Ayıblı kəndində anadan olmuş, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan Borclu Yunis oğlunun iş günləri saat 12:00-dan gec olmayaraq məcburi gətirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1410/2022 saylı icra sənədinə əsasən 250 manat dəyərində qoşqunun özü, qoşqu naturada mövcud olmadığı halda onun dəyəri olan 250 manat və borc kimi cavabdehə verilmiş 525 manat məbləğində pul, cəmi 775 manat məbləğində pul və ödənilmiş 40 manat dövlət rüsumu Borclu Yunis oğlundan alınaraq X1 verilməsi qət edilmişdir. İcra sənədi üzrə borcludan izahat alınması üçün dəfələrlə şöbəyə dəvət edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərilmədən çağırışlara gəlməmişdir. Borclunun hazırda 815 manat borcu vardır. Borclu barəsində xx.xx.2023-cü il tarixdə məcburi gətirilmə barədə qərar qəbul edilmiş və həmin tarixdə ona göndərilmişdir. Lakin borclu tərəfindən buna məhəl qoyulmamışdır. Odur ki, hazırki təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimata baxılması barədə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsində göstərilmişdir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə göstərir ki, məhkəmə aktlarının icrası məhkəmə hakimiyyətinin bütövlüyünün təmin olunmasında xüsusi yer tutur. Məhkəmə hakimiyyəti orqanının bu və ya digər aktının icra edilməsinin meyarı məhkəmə hakimiyyətinin cəmiyyətdə əsas təyinatını əks etdirir. Ona görə də çıxarılmış məhkəmə aktları kağız üzərində qalmamalı, icra edilməklə ədalətin real olaraq bərqərar edilməsi aydın görünməlidir. İş materialları ilə müəyyən edilir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1410/2022 saylı icra sənədinə əsasən 250 manat dəyərində qoşqunun özü, qoşqu naturada mövcud olmadığı halda onun dəyəri olan 250 manat və borc kimi cavabdehə verilmiş 525 manat məbləğində pul, cəmi 775 manat məbləğində pul və ödənilmiş 40 manat dövlət rüsumu Borclu Yunis oğlundan alınaraq X1 verilməsi qət edilmiş, icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və həmin tarixli tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bildiriş borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Borclu çağırışa məhəl qoymadığı üçün borclunun məcburi gətirilməsi barədə icra məmuru xx.xx.2023-cü il tarixdə qərar qəbul etmişdir. Məhkəmə diqqətə çatdırır ki, borclunun icra sənədinin icrasına biganə yanaşması və icra məmurunun cağırışlarına əməl etməməsi onun icra sənədini icra etmək niyyətinin olmamasına dəlalət edir. Bu isə yolverilməz haldır. Məhkəmə hesab edir ki, təqdimatın təmin edilməsi məhkəmə aktının icrasının real olaraq təmin edilməsinə xidmət edəcək və ədalət mühakiməsinin xəyali xarakter almamasına gəitirib çıxaracaqdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsində göstərilmişdir ki, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlqar Məmmədov tərəfindən verilmiş təqdimat təmin edilsin. xx.xx.1971-ci ildə Tovuz rayonu Aşağı Ayıblı kəndində anadan olmuş, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan və yaşayan Mirzəyev X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1410/2022 saylı icra sənədinin icrası üzrə iş günləri saat 12:00-dən gec olmayaraq Tovuz rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Tovuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar