Məhkəmə qərarları › İş №8(062)-73/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-73/2023

27.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-73/2023 27.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Asif Hüseynov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Asif Hüseynov təqdimatla Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1989-cu il tarixdə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Tovuz rayonu Qovlar şəhəri Təzə məhlə ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(062)-1021/2017 saylı icra vərəqəsinə əsasən, xx.xx.2017-ci il tarixdən başlayaraq, Borclu hər ay 100 manat sabit pul məbləğində aliment alınıb tərəflərin birgə yaşayışlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş Mələk adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 verilməsi qət edilmişdir. İcra sənədi üzrə xx.xx.2017-ci il tarixli qərarla icraata başlanılmışdır. İcra sənədi üzrə qalıq borc 2026 manat təşkil edir. Borclu dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Odur ki, hazırki təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimata baxılması barədə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsində göstərilmişdir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə göstərir ki, məhkəmə aktlarının icrası məhkəmə hakimiyyətinin bütövlüyünün təmin olunmasında xüsusi yer tutur. Məhkəmə hakimiyyəti orqanının bu və ya digər aktının icra edilməsinin meyarı məhkəmə hakimiyyətinin cəmiyyətdə əsas təyinatını əks etdirir. Ona görə də çıxarılmış məhkəmə aktları kağız üzərində qalmamalı, icra edilməklə ədalətin real olaraq bərqərar edilməsi aydın görünməlidir. İş materialları ilə müəyyən edilir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(062)-1021/2017 saylı icra vərəqəsinə əsasən, xx.xx.2017-ci il tarixdən başlayaraq, Borclu hər ay 100 manat sabit pul məbləğində aliment alınıb tərəflərin birgə yaşayışlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş Mələk adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 verilməsi qət edilmiş, icra sənədi üzrə xx.xx.2017-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və həmin tarixli tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Lakin bildirişin çatdırılması barədə sübutlar təqdim edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin maddənin məzmunundan göründüyü kimi, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: məhkəmənin qərarı əsasında verilmiş icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra sənədinin icra edilməməsi; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi; borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruriliyinin icra məmurunun təqdimatında əsaslandırılması. Bu əsaslardan hər hansı birinin olmaması borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması barədə tələbin kifayət qədər əsaslı olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Hazırki baxılan təqdimat üzrə göstərilən əsaslar mövcud deyildir. Qeyd olunmalıdır ki, təqdimata əlavə olunmuş sənədlərdə borclunun tələbin könüllü icrası haqqında bildirişi nə vaxt alması, icra məmuru tərəfindən ona xəbərdarlıq edilməsi və ya bu barədə məlumatlı olması görünmür. Belə ki, Borclu icra məmuru tərəfindən hər hansı bir sənədin ünvanlanması və onun tərəfindən alınmasını təsdiq edən sənəd təqdimata əlavə edilməmişdir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1-ci bəndində göstərilmişdir ki, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2-ci maddəsində göstərilmişdir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göstərilənlərə əsasən məhkəmə göstərir ki, icra məmuru tərəfindən icra sənədinin icrası üzrə hər hansı tədbirin görülməsi barədə təqdimata müvafiq sübutlar əlavə edilməmişdir. Həmçinin təqdimata əlavə olunmuş sənədlərdən borclunun icra məmurunun çağırışlarına gəlməməsi, tələbi könüllü icra etməməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılmasının zəruriliyi göstərilməmiş və belə halları təsdiq edən sübutlar da təqdimata əlavə edilməmişdir. Nəzərə almaq lazımdır ki, icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə, yaxud onun əmlakının olduğu yer üzrə, habelə tələbkarın yaşayış yeri üzrə (olduğu yer) üzrə elan edilir. Borclu fiziki şəxsin və uşağın axtarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. («İcra haqqında» Azərbaycan Respublikası Qanunun 27.1, 27.3 və 27.4-cü maddələri). Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən tələbin könüllü icrası üçün bildirişin borcluya çatdırılması qanuna müvafiq qaydada təmin olunmamış, təqdimat əsaslandırılmamış, icra sənədinin icra edilməməsinin səbəbləri müəyyənləşdirilməmişdir. Odur ki, təqdimat təmin edilməməlidir. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsində qeyd edilmişdir ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsiszlik və ictimai arayışın maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxsləriun hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Asif Hüseynov tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar