Məhkəmə qərarları › İş №8(062)-74/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-74/2025

18.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-74/2025 18.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 rayon Məhkəməsinin 2(062)-3132/2024 saylı 19 dekabr 2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Asif Hüseynov təqdimatla Tovuz Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, Tovuz rayon Məhkəməsinin 2(062)- 3132/2024 saylı 19 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən Borclu tələbkarın hamiləlik dövrü üçün hər ay 150 manat məbləğində pul alınaraq tələbkar X1 ödənilməlidir. İcra sənədində göstərilən tələbin könüllü icrası üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzrsüz səbəbdən icra işi icra olunmur. Hazırda borclunun 600 manat borcu vardır. Məhkəmənin icra sənədində göstərilən tələbin təmin edilməsi və məhkəmə qərarının icrasından yayınmasının qarşısının alınması məqsədi ilə Borclu Azərbaycan Respublikasının hüdudlarından kənara getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, icra məmuru Asif Hüseynovu dinləyib belə qərara gəlir ki, təqdimat əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlət adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci madddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə belə qərara gəlir ki, Borclu Tovuz rayon Məhkəməsinin 2(062)-3132/2024 saylı 19 dekabr 2024-cü il tarixli icra sənədini könüllü olaraq icra etmədiyindən və ölkədən getməklə qətnamənin icrasına maneə yarada biləcəyinə görə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 236, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Tovuz rayon Məhkəməsinin 2(062)-3132/2024 saylı 19 dekabr 2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə, xx.xx.2002-ci il təvəllüdlü Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi (təqdim edildiyi) vaxtdan 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar