Məhkəmə qərarları › İş №8(062)-8/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-8/2024

23.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-8/2024 23.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Tovuz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tovuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək təqdimatda göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(062)-2019/2023 saylı icra sənədinə əsasən Borclu cəmi 18,808,86 manat borc və 146,43 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Tovuz Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(062)-2019/2023 saylı icra sənədi xx.xx.2023-cü il tarixdə Tovuz rayon icra vı probasiya şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul olunaraq borcluya icra sənədini könüllü icra etməsi üçün 03 gün müddət verilərək rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin verilmiş könüllü müddət ərzində borclu icra sənədində göstərilən tələbi yerinə yetirməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına əmlakının və digər gəlirlərinin olub-olmaması barədə elektron icra sistemi EMF-ə sorğu edilmiş, sorğunun nəticəsi olaraq borclunun adına heç bir əmlak və gəlirlər aşkarlanmamışdır. O, borcundan heb bir ödəniş etməmişdir. İş üzrə Borclu dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq borclu icra sənədini təmin etməmişdir. Göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.1-ci maddəsinə əsasən, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Tovuz Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(062)-2019/2023 saylı icra sənədinə əsasən Borclu cəmi 18,808,86 manat borc və 146,43 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən Tovuz Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(062)-2019/2023 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli 255841 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. «İcra haqqında» qanunun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tovuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatı təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(062)-2019/2023 saylı icra sənədi üzrə X1 (Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan, xx.xx.2000-ci il təvəllüdlü) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar