Məhkəmə qərarları › İş №8(062)-9/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-9/2023

16.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-9/2023 16.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə Tovuz Rayon İcra və X4 Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli 2(062)~2018/2016 saylı icra vərəqəsi üzrə Borclu adına olan «Chevrolet Cruz» minik markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərindən həbsin götürülməsinə dair təqdimatına Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəməyə təqdimat verərək, Tovuz Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli 2(062)- 2018/2016 saylı icra vərəqəsi üzrə Borclu adına olan «Chevrolet Cruz» minik markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərindən həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli 2(062)~2018/2016 saylı icra vərəqəsinə əsasən, borclular Borclu və qeyrilərindən müştərək qaydada cəmi 6486,38 (altı min dörd yüz səksən altı manat otuz səkkiz qəpik) manat məbləğində borc. və dövlət rüsumu hesabına ödənilmiş 30 (otuz) manat məbləğində pu! alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün 27 yanvar 2017-ci il tarixdə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş və borclulara icra vərəqəsini könüllü icra edilməsi üçün qanunvercilikdə nəzərdə tutulmuş qaydada 10 (on) gün könüllü müddət verilmiş, lakin borclular həmin vaxt ərzində icra vərəqəsini könüllü icra etməmişlər. Ona görə də borcluların icra vərəqəsi üzrə borcun yönəldilə bilinəcək əmlakının aşkar edilməsi məqsədilə məcburi icra tədbirləri həyata keçirilmiş, nəticədə «elektron icra» informasiya sistemindən vətəndaşlar haqqında məlumat portalından çıxarışa əsasən, Borclu adına «Chevrolet Cruz» minik markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomaşının qeydiyyata alındığı məlum olmuşdur. Həmin avtomaşının üzərinə Tovuz Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 8(062)-461/2021 saylı qərardadı ilə həbs qoyulmuşdur. Bundan sonra, tələbkar "xxxx" ASC Tovuz Rayon İcra və Probasiya Şöbəsinə məktub ünvanlayaraq, borclu X1 hazırki icra sənədi üzrə banka qarşısında heç bir öhdəliyi qalmamış və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən işin icraatına xitam verilməsini xahiş etmişdir. Bundan sonra Tovuz Rayon İcra və Probasiya Şöbəsinin 05 yanvar 2023-cü il tarixli qərarla Tovuz Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli 2(062)- 2018/2016 saylı icra sənədinin icrasına xitam verilmişdir. Ona görə də Borclu adına olan «Chevrolet Cruz» minik markalı 90- OL-449 dövlət qeydiyyat nişanlı avtomaşının üzərindən həbsin götürülməsini xahiş etmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında təqdimatı müdafiə edərək, təqdimatda göstərilən xüsusatları təsdiq etdi və Borclu adma olan «Chevrolet Cruz» minik markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərindən həbsin götürülməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və icra məmuru Azər Mustafazadəni dinləyərək hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Tovuz Rayon İcra və Probasiya Şöbəsinin 05 yanvar 2023-cü il tarixli qərarına əsasən, Tovuz Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli 2(062)-2018/2016 saylı icra sənədinin icrasına xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azerbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmədə müəyyən edildi ki, Tovuz Rayon Məhkəməsinin 25 may 2016- cı il tarixli1 2(062)-2018/2016 saylı icra vərəqəsinə əsasən, borclular Borclu və qeyrilərindən müştərək qaydada cəmi 6486,38 (altı min dörd yüz səksən altı manat otuz səkkiz qəpik) manat məbləğində borc və dövlət rüsumu hesabına ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün 27 yanvar 2017-ci i! tarixdə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş və borclulara icra vərəqəsini könüllü icra edilməsi üçün qanunvercilikdə nəzərdə tutulmuş qaydada 10 (on) gün könüllü müddət verilmiş, lakin borclular həmin vaxt ərzində icra vərəqəsini könüllü icra etməmişlər. Ona görə də borcluların icra vərəqəsi üzrə borcun yönəldilə bilinəcək əmlakının aşkar edilməsi məqsədilə məcburi ipra tədbirləri həyata keçirilmiş, nəticədə «elektron icra» informasiya sistemindən vətəndaşlar haqqında məlumat portalından çıxarışa əsasən, Borclu adına «Chevrolet Cruz» minik markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomaşının qeydiyyata alındığı məlum olmuşdur. Həmin avtomaşının üzərinə Tovuz Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 8(062)-46;1/2021 saylı qərardadı ilə həbs qoyulmuşdur. Bundan sonra tələbkar "xxxx" ASC Tovuz Rayon İcra və Probasiya Şöbəsinə məktub ünvanlayaraq, borclu X1 hazırki icra sənədi üzrə banka qarşısında heç bir öhdəliyi qalmamış və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20.1.5-cj maddəsinə əsasən işin icraatına xitam verilməsini xahiş etmişdir. Bununla da qeyd olunan avtomaşın üzərində həbsin saxlanılmasına heç bir əsas qalmamışdır. Ona görə də Borclu adına olan «Chevrolet Cruz» minik markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərindən həbs götürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu adına olan «Chevrolet Cruz» minik markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərindən həbs götürülsün. Qərardadın icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar