Məhkəmə qərarları › İş №8(062)-93/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-93/2024

15.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-93/2024 15.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru X1 əmlakın üzərinə həbs qoyulması haqqında təqdimatına baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru X1 məhkəməyə təqdimatla müraciət edərək, Tovuz Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli 2(062)-973/2023 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclunun adına aşkar edilmiş Tofash Shahin markalı ** OA *** qeydiyyat nişanlı nəqliyyat vasitənin üzərinə həbs qoyulması məsələsinin həll edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 26 may 2023cü il tarixli 2(062)-973/2023 saylı icra sənədinə əsasən Borclu oğundan 1878,39 manat pul və 38,78 manat dövlət rüsumu alnaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edimişdir. İcra vərəqəsi icra olunması üçün xx.xx.2023-cü il tarixdə Tovuz rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin qərarın surəti tərəflərə göndərilmişdir. İcra sənədinin icrasının könüllü təmin olunması üçün Borclu 10 gün müddətinə vaxt verilmişdir. Lakin borclu tələbi könüllü icra etməmişdir. Məcburi icra tədbirləri həyata keçirilməsinə başlanılaraq Borclu adına Tofash Shahin markalı ** OA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Odur ki, Tovuz Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli 2(062)-973/2023 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu adına C Tofash Shahin markalı ** OA *** qeydiyyat nişanlı nəqliyyat vasitənin üzərinə həbs qoyulması məsələsinin həll edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə müvafiq olaraq, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat qismən əsaslı olduğundan təmin edilməlidir. İşin materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli 2(062)-973/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu 1878,39 manat pul və 38,78 manat dövlət rüsumu alnaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edimişdir. İcra vərəqəsi icra olunması üçün Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya icra vərəqini könüllü icra edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada 10 (on) gün könüllü müddət verilmiş, lakin Borclu həmin vaxt ərzində icra vərəqəsini könüllü icra etməmişdir. İşə əlavə olunmuş elektron sorğunun cavabına əsasən Borclu adına Tofash Shahin markalı ** OA *** qeydiyyat nişanlı avtomaşın aşkarlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikası qanununun 44-cü maddəsinə əsasən icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq barədə qərarın qəbul edilməsi, könüllü icra üçün məhkəmə icraçısı tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburu icra tədbirinin tətbiq olunması üçün əsasdır. Həmin qanunun 45.7-ci maddəsinə əsasən tələb borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. «İcra Haqqında» Azərbaycan Respublikası qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Belə olan halda Məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, Borclu adına Tofash Shahin markalı ** OA *** qeydiyyat nişanlı nəqliyyat vasitənin üzərinə həbs qoyulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 27, 50-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. 26 may 2023-cü il tarixli 2(062)-973/2023 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu adına olan Tofash Shahin markalı ** OA *** qeydiyyat nişanlı nəqliyyat vasitənin üzərinə həbs qoyulsun. Qərarın icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən 10 gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov İş № 8(062)-93/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Tovuz Rayon Məhkəməsi Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru X1 əmlakın üzərinə həbs qoyulması haqqında təqdimatına açıq məhkəmə iclasında Tovuz şəhərində 15 aprel 2024-cü il tarixdə saat 09:55-də baxılır. Katib məlumat verir ki, icra məmuru və tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiklərinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Sədrlik edən Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə uyğun olaraq, təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Sədrlik edən bildirir ki, Tovuz rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Borclu məxsus «əmlakının üzərinə həbs qoyulması»na dair təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına olan Tofash Shahin markalı ** OA *** qeydiyyat nişanlı nəqliyyat vasitənin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xaghiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 26 may 2023cü il tarixli 2(062)-973/2023 saylı icra sənədinə əsasən Borclu oğundan 1878,39 manat pul və 38,78 manat dövlət rüsumu alnaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edimişdir. İcra vərəqəsi icra olunması üçün xx.xx.2023-cü il tarixdə Tovuz rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin qərarın surəti tərəflərə göndərilmişdir. İcra sənədinin icrasının könüllü təmin olunması üçün Borclu 10 gün müddətinə vaxt verilmişdir. Lakin borclu tələbi könüllü icra etməmişdir. Məcburi icra tədbirləri həyata keçirilməsinə başlanılaraq Borclu adına Tofash Shahin markalı ** OA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Odur ki, Tovuz Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli 2(062)-973/2023 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu adına C Tofash Shahin markalı ** OA *** qeydiyyat nişanlı nəqliyyat vasitənin üzərinə həbs qoyulması məsələsinin həll edilməsini xahiş etmişdir. Odur ki, həmin məsələ müzakirə olunmalıdır. Sədrlik edən işin materiallarını araşdırır və işdə olan sənədləri elan edir. Sədrlik edən müşavirə otağın gedir, qayıtdıqdan sonra qərardadı elan edir. Qərardaddan şikayət verilməsi qaydası və müddəti izah olunur. Məhkəmə iclası bağlı elan olunur. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar