Məhkəmə qərarları › İş №8(063)-1/2024

Ucar Rayon Məhkəməsi Qərardad — İş №8(063)-1/2024

18.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 8(063)-1/2024 18.01.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Təqdimat verən şəxs Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X1, Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7 Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(063)-395/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi : Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ziya Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Ucar Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(063)-395/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ucar Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(063)-395/2022 saylı icra sənədinə əsasən borclu X2 borca görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 3050 manat məbləğində pul tutularaq Tələbkar verilməsi qət edilmişdir. Sözügedən icra sənədi 25 iyul 2022-ci il tarixdə Ucar rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, elə həmin tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilərək, qərarın surətləri bildirişlə icra sənədləri üzrə borclu Nəriman Əzimova göndərilmiş icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Borcluya verilən könüllü müddət ərzində sonuncu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş və borclunun adına hər-hansı bank hesabı və ya gəlirləri aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmadığından, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 təqdimatın məzmununa uyğun izahat verərək əlavə olaraq da bildirdi ki, borclu X6 hazırkı vaxtadək ümumilikdə 3050 (üç min əlli) manat borcunu tam tələb etdiyindən təqdimatın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun və tələbkarın iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə təqdimat verən şəxsin, izahatını dinləyərək, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Ucar Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(063)-395/2022 saylı icra vərəqəsinin surətindən görünür ki (müvafiq icra vərəqəsi 05 iyul 2022-ci il tarixdə verilmişdir), borclu X2 borca görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 3050 manat məbləğində pul tutularaq Tələbkar verilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, yuxarıda adı qeyd edilən icra sənədləri üzrə icraata başlanmış və X4 tələbin könüllü olaraq 10 gün müddətinə icrası haqqında bildiriş göndərilmiş, lakin, tələbin icrası könüllü qaydada təmin edilməmişdir. Təqdimata əlavə edilmiş borclu X3 əmlak vəziyyətinin müəyyən edilməsi barədə sorğudan görünür ki, sonuncunun adına hər-hansı əmlak və ya bank hesabı aşkar edilməmişdir. Təqdimata əlavə edilmiş borclu X6 tərəfindən Ucar rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış izahatlarından görünür ki, sonuncu icra sənədlərinin icra edilməyəcəyi təqdirdə məsuliyyəti barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında icra sənədinin icra olunmasını təsdiq edən sübutlar əldə edilməmişdir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, icra sənədi tam icra olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlət adından çıxarılır və onların icrası məcburidir. "İcra Haqqında" Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 12.1-ci maddəsinin tələbinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə hesab edir ki, borclu X6 tərəfindən Ucar Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(063)-395/2022 saylı icra sənədinin icrası üçün hər hansı bir tədbir görülmədiyindən, onun ölkədən getmək hüququ qeyd edilən icra sənədlərinin icrasını təmin etmək məqsədilə müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Tanrıverdiyev Azərbaycana Qarşı (şikayət № 33343/03)" 26 iyul 2007-ci il tarixli qərarından görünür ki, -Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması "araşdırmanın" ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. (bax Hornsbi Yunanıstana qarşı,xx.xx.1997-ci il tarixli qərar) - işdə yekun qətnamənin yerinə yetirilməsi üçün zəruri tədbirlər görməməklə, Konvesiyanın 6-cı maddəsinin 1-ci bəndinin müddəalarını bütün faydalı səmərəsindən məhrum ediblər. (bax: Burdov s 37). Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub. Məhkəmə belə nəticəyə gəlir ki, borclunun ölkədən çıxması icra sənədinin icrasını mümkünsüz edər. Qanunvericilikdə göstərilən məhdudiyyətin qoyulması isə icra sənədinin icrasının təmin edilməsi üçün əsas yarada bilər. Şərh olunanlara əsasən, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx xxxxxx 1960-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 oğlunun ölkədən getmək hüququ Ucar Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(063)-395/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrasına nəzarət Ucar rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar