Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 8(063)-50/2023 13.11.2023 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, X2nın, Ucar rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X11 iştirakları ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər X8 və X5 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə Ucar Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(063)-1072/2017 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu Fərqanə İsmayılovanın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 08 noyabr 2017-ci il tarixli, 2(063)- 1072/2017 saylı qətnaməsi ilə iddia təmin edilməklə, cavabdehlər X6 və X3 müştərək qaydada iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə 1080,11 ABŞ dolları əsas, 194,68 ABŞ dolları faiz, 108,01 ABŞ dolları cərimə olmaqla, cəmi 1382,80 (bir min üç yüz səksən iki ABŞ dolları səksən sent) ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, maddi vəziyyəti nəzərə alınmaqla, qətnamənin hissə-hissə, yəni hər ay 50 manat olmaqla icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəni müdafiə edərək, izahatında göstərdi ki, Ucar Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(063)-1072/2017 saylı qətnaməsinə əsasən cavabdehlər X6 və ondan müştərək qaydada 1080,11 ABŞ dolları əsas, 194,68 ABŞ dolları faiz, 108,01 ABŞ dolları cərimə olmaqla, cəmi 1382,80 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(063)-1072/2017 saylı qətnaməsi üzrə tutulmalı olan pul məbləği onun əmək haqqına yönəldilmişdir. Özü X16 Təhsil İdarəsi Ucar şəhəri 2 №-li Uşaq Bağçasında dayə vəzifəsində işləməklə, aylıq 350 manat əmək haqqı almasına baxmayaraq, kredit götürdüyü digər banka olan borcunu da ödəməsi ilə əlaqədar BOKT "xxxx" MMC-nin xeyrinə hər ay 200 manat ödəniş etməkdə çətinlik çəkir. O, sözügedən icra sənədi üzrə tələbkara müəyyən ödənişlər etsə də, digər borclu X10 işləmədiyi və heç bir gəliri olmadığı üçün məhkəmə qətnaməsini icra edə bilmir. Lakin o, borcunu ödəməkdən yayınmır, hər ay 50 manat olmaqla borcunu qaytarmağa hazırdır. Odur ki, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Ucar rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X14 bildirdi ki, Ucar Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(063)- 1072/2017 saylı qətnaməsinə əsasən cavabdehlər X6 və X3 müştərək qaydada 1080,11 ABŞ dolları əsas, 194,68 ABŞ dolları faiz, 108,01 ABŞ dolları cərimə olmaqla, cəmi 1382,80 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsi 14 dekabr 2017-ci il tarixdə Ucar rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, eyni tarixli icraata başlamaq haqqında qərar qəbul olunmuş və borclulara icra ödənişinin həyata keçirilməsi üçün konüllü müddət verilmişdir. Lakin borclular icra ödənişini tam həyata keçirmədiklərindən tərəflərindən müvafiq icra hərəkətləri aparılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından irəli gələn məsələlərin həlli ilə əlaqədar borclulara münasibətdə icra hərəkətlərinin həyata keçirilməsi müvəqqəti olaraq dayandırılmışdır. Daha sonra, tərəflərindən qanunvercilikdə nəzərdə tutulmuş icra hərəkətləri həyata keçirilmiş, lakin borclular borclarını ödəməmişlər. Daha sonra, tələbkarın ərizəsi əsasında borcun ödənilməsinin təmini məqsədilə borclu Fərqanə İsmayılovanın iş yeri müəyyən edilərək əmək haqqından tutulmaların həyata keçirilməsi üçün zəruri hərəkətlər edilmişdir. Beləliklə, əmək haqqından məcburi tutulmaların həyata keçirilməsi nəticəsində borcluların hazırda tələbkara olan borcu 672 ABŞ dolları təşkil edir. Ərizənin təmin edilibedilməməsi məsələsinə münasibətdə isə bunu məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə və digər borclu X8 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə işə tələbkarın və digər borclunun iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə borclunu və Ucar rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, işdə olan Ucar Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(063)- 1072/2017 saylı (14 dekabr 2017-ci il tarixdə verilmiş) icra sənədinin surətindən görünür ki, cavabdehlər X6 və X3 müştərək qaydada 1080,11 ABŞ dolları əsas, 194,68 ABŞ dolları faiz, 108,01 ABŞ dolları cərimə olmaqla, cəmi 1382,80 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmiş və icra sənədi icra edilməsi üçün Ucar rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İşdə olan Ucar rayon İcra və Probasiya şöbəsinin 14 dekabr 2017-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən və eləcə də, bununla əlaqədar müşaiyət məktubunun surətindən görünür ki, tələbin könüllü icrası üçün borclulara qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddət verilmişdir. İşdə olan Ucar rayon İcra və Probasiya şöbəsinin 06 fevral 2019-cu il tarixli icra ödənişinin tutulması haqqında qərarının surətindən görünür ki, Ucar Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(063)-1072/2017 saylı icra sənədinin icrası ilə əlaqədar borclular X6 və X3 müştərək qaydada 1080,11 ABŞ dolları əsas, 194,68 ABŞ dolları faiz, 108,01 ABŞ dolları cərimə olmaqla, cəmi 1382,80 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borc və ödənilmiş 30 manat dövlət rüsumunun 7 faizi, yəni 96,79 ABŞ dolları və 2,1 manat icra ödənişinin tutularaq "xxxx" ASC-nin Ucar filialı Maliyyə İdarəsində Ucar rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülməsi qərara alınmışdır. İşdə olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin 29 avqust 2018-ci il və 15 yanvar 2019-cu il tarixli Ucar rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktublarının surətlərindən görünür ki, tələbkar yaranmış borcun icra edilməsi məqsədilə X2nın əmək haqqından tutulmanın həyata keçirilməsi məqsədilə yönəlmənin təmin edilməsini xahiş etmişdir. İşdə olan Ucar rayon İcra və Probasiya şöbəsinin 14 sentyabr 2023-cü il tarixli məktubunun surətindən görünür ki, Ucar Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(063)-1072/2017 saylı icra sənədinin icrası ilə əlaqədar X2nın əmək haqqının hər ay 50 faizinin tutularaq tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməsi xahiş edilmişdir. Eyni zamanda, sözügedən məktubun surətindən görünür ki, boclu X4 hazırkı vaxta tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməmiş 672 ABŞ dolları borcu qalmışdır. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə edilmiş çıxarışdan görünür ki, X1 Aran Regional Təhsil İdarəsində dayə vəzifəsində işləməklə, aylıq əmək haqqı 466.9 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 3cü bəndinin tələbinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Beləliklə, məhkəmə yuxarıda sadalanan normalara və məhkəmə araşdırması zamanı təqdim edilən sənədlərə əsasən qeyd etməyi zəruri hesab edir ki, qətnamənin hissə-hissə icrası tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına, ləngitdiyinə görə icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda və eyni zamanda, mütənasiblik prinsipi əsasında (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli qərarı) tətbiq edilə bilər. Hazırkı iş üzrə borclu ərizədə istinad etdiyi halları əsaslandıra bilmədiyinə, yəni qətnamənin hissə-hissə icra edilməsinin onun mənafeyinə uyğunluğunun əsaslılığı və labüdlüyü barədə sübutları təqdim etmədiyinə görə ərizənin təmin edilməsi istisna edilir. Belə ki, borclunun F.İsmayılovanın 6 il ərzində (2017- 2023-cü illər ərzində, nəzərə alınsa ki, bu müddətə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından irəli gələn məsələlərin həlli ilə əlaqədar borclulara münasibətdə icra hərəkətlərinin həyata keçirilməsi müvəqqəti olaraq dayandırılması müddəti də daxildir) qanuni qüvvəsini almış məhkəmə aktını icra etməməsi özü-özlüyündə məhkəmə qətnaməsinin icrasından yayınmaqla aktın icrasını əngəlləmək və formal əsaslarla ləngitmək xarakteri daşıyır. Məhkəmə mütənasiblik prinsipinə münasibətdə isə qeyd edir ki, hazırkı iş üzrə mövcud borcun 672 ABŞ dolları təşkil etməsi (nəzərə alınsa ki, işlədiyi müəssisədən aldığı əmək haaqı 466.9 manat təşkil edir) və həmin borcun hər ay 50 manat ödənilməklə icra edilməsi tələbkarın məhkəmə müdafiəsinin səmərəliliyi və effektivliyi prinsipini poza və qətnamənin qeyri müəyyən müddətdə icrasına zəmin yaratmaqla icra mexanizmini əngəlləyə bilər. Bununla da, məhkəmə, Ucar Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(063)- 1072/2017 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu Fərqanə İsmayılovanın ərizəsinin təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Şərh olunanlara əsasən, "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ucar Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(063)-1072/2017 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X2nın ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Ucar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №8(063)-50/2023
Ucar Rayon Məhkəməsi Qərardad — İş №8(063)-50/2023
13.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver