Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 8(063)-51/2023 16.11.2023 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Ucar rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 iştirakı ilə, Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(063)-189/2023 saylı icra sənədi üzrə Borclu adına aşkar edilmiş əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ziya Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Ucar Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(063)-189/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına aşkar edilmiş əmlakın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 09 mart 2023-cü il tarixli qərarla icraata başlanılmış Borclu 26 mart 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq, Tələbkar xeyrinə ödənilməsinə dair Ucar Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(063)-189/2023 saylı icra sənədi icra olunması üçün Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada 10 (on) gün müddətində təmin edilməsi məqsədilə qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, lakin, tələbin icrası könüllü qaydada təmin edilməmişdir. İcra sənədinin icrası ilə əlaqədar verilmiş sorğular nəticəsində Borclu adına "VAZ 21063" minik markalı, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Ona görə də icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına aşkar edilmiş əmlakın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 təqdimatın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, hazırda borclunun tələbkara 1190 manat borcu (1300 manat olmuş, həmin məbləğdən 110 manat müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə ödəniş etmişdir) qalmışdır. təqdimatın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun və tələbkarın iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə, təqdimat verən şəxsin izahatını dinləyərək, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Ucar Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(063)-189/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, 26 mart 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 yanvar 2023-cü il tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə hər ay 140 manat sabit pul məbləğində aliment tutulmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, yuxarıda adı qeyd edilən icra sənədləri üzrə icraata başlanmış və Borclu tələbin könüllü olaraq 10 gün müddətinə icrası haqqında bildiriş göndərilmiş, lakin, tələbin icrası könüllü qaydada təmin edilməmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən və “Elektron İcra” İnformasiya sistemindən çıxarılmış sorğu məlumatından görünür ki, "VAZ 21063" minik markalı, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobilin Borclu adına qeydiyyata alındığı aşkar edilmişdir. Təqdimata əlavə edilmiş Borclu tərəfindən Ucar rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 26 may, 20 iyun, 25 iyul və 03 avqust 2023-cü il tarixli izahatlarından görünür ki, sonuncu icra sənədlərinin icra edilməyəcəyi təqdirdə məsuliyyəti barədə xəbərdar edilmişdir. Təqdimata əlavə edilmiş Ucar Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 3(063)- 166/2023 nömrəli qərarının surətindən görünür ki, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində həbs təyin olunmuşdur. Təqdimata əlavə edilmiş 404137085, 405013837, ********* və ********* nömrəli qəbzlərin surətlərindən görünür ki, Borclu sözügedən icra vərəqəsi üzrə olan borcundan 10 iyun 2023-cü il tarixdə 25 manat, 04 iyul 2023-cü il tarixdə 35 manat, 30 may 2023-cü il tarixdə 30 manat, 09 may 2023-cü il tarixdə 20 manat məbləğində pul vəsaitini Tələbkar xeyrinə ödəmişdir. Təqdimata əlavə edilmiş Ucar rayon İcra və Probasiya şöbəsi tərəfindən Borclu ünvanlanmış 05 oktyabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, sonuncu icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə lazımı qaydada məlumatlandırılmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu icra sənədi üzrə borcunu icra etməmiş və hal-hazıradək tələbin icrası üçün heç bir tədbir görməyərək borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında icra sənədinin tam icra olunmasını təsdiq edən sübutlar əldə edilməmişdir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, icra sənədi icra olunmamışdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə iclasında müəyyən edildi ki, markası və dövlət qeydiyyat nişanı qeyd edilən avtomobil mülkiyyət hüququ əsasında borcluya məxsusdur və mülkiyyət hüququ əsasında digər şəxslərin mülkiyyətinə keçməmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən və əmlakın növlərindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Ucar Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(063)-189/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına olan "VAZ 21063" minik markalı, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 45.8, 50, 50.2, 50.5, 53-cü maddələrini və Azərbaycan Respublikası MPMin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Ucar Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(063)-189/2023 saylı icra sənədinin icrasının təmini məqsədi ilə xx xxxxxx 1985-ci il təvəllüdlü Borclu mülkiyyətində olan "VAZ 21063" minik markalı, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Ucar rayon icra və probasiya şöbəsinə və Azərbaycan Respublikası DİN-in BDYPİ-yə tapşırılsın. Qərardaddan 10 (on) gün müddətində Ucar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №8(063)-51/2023
Ucar Rayon Məhkəməsi Qərardad — İş №8(063)-51/2023
16.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver