Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-10/2023 20.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və təqdimat vermiş şəxs - Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük böyük icra məmuru X1 iştirakları ilə, Füzuli Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(064)-80/2018 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük böyük icra məmuru X1 verdiyi təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük böyük icra məmuru X2 verdiyi təqdimatda məhkəmədən Füzuli Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(064)- 80/2018 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 21 aprel 2022-ci il tarixli qərarla icraatına başlanılmış, Füzuli Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(064)-80/2018 nömrəli icra sənədinə əsasən Borclu (bundan sonra - borclu) 14 sentyabr 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat məbləğində aliment tutulub Tələbkar (bundan sonra – tələbkar) ödənilməlidir. İcra vərəqəsi üzrə borcluya 07 avqust 2018-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmən təqdim edilmişdir. Borclu icra vərəqəsi üzrə tələbkara borcun 1000 manat məbləğində olan hissəsinin ödənilməsini təmin etsə də, qalan 13200 manat hissəsini ödəməmişdir. Tələbkar borclunun son 6 il yaşadığı Qazaxıstan Respublikasına getmək istədiyini bildirmişdir. Buna görə də borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 verdiyi təqdimatın dəlillərinə uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu yaşadığı ünvana məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının sonuncunun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ böyük icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə icra işində olan, təqdimata əlavə edilmiş sənədlərin surətləri əsasında təqdimatda göstərilən faktiki halların icra işində eyni məzmunda öz əksini tapdığını (məhkəmə həmin sənədlərin məzmununu təqdimatda olduğu kimi göstərildiyinə görə təkrarlamağa zərurət bilmir), eləcə də Füzuli rayon İcra və Probasiya şöbəsinin Borclu icra sənədini tam icra etməsi üçün xəbərdarlıq etsə də, sonuncunun icra sənədini üzürsüz səbəbdən tam icra etmədiyini müəyyən edir. Məhkəmə hesab edir ki, bu hal Borclu gələcəkdə icra sənədini tam icra etməkdən yayınmaq məqsədilə Azərbaycan Respublikası ərazisini tərk etməsi barədə əsaslı ehtimal yaradır. Məhkəmə yuxarıda göstərilən işin faktiki halları və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Füzuli Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(064)- 80/2018 nömrəli icra sənədinin tam icra edilməsinin təmin edilməsi məqsədilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231.3, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Təqdimat təmin edilsin. Füzuli Rayon Məhkəməsi tərəfindən verilmiş 13 iyul 2018-ci il tarixli, 2(064)-80/2018 nömrəli icra sənədinin icrası məqsədilə borclu – xx xxxxxx 1983-cü il təvəllüdlü, Füzuli şəhəri, Azadlıq küçəsi, ev 40-da qeydiyyatda olan, hazırda Füzuli rayonu, Zobucuq-4 qəsəbəsi, ev 289-da yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aqil Musayev
Məhkəmə qərarları › İş №8(064)-10/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-10/2023
20.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver