Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-11/2023 03.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Füzuli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4 Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(064)- 1532/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında verdiyi təqdimata baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli rayon İcra və Probasiya Şöbəsinin (bundan sonra – Füzuli RİPŞ) icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Vəfa Ələkbərov məhkəməyə verdiyi təqdimatda Füzuli Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(064)-1532/2021 nömrəli icra sənədi üzrə tələbkar X1 22 dekabr 2022-ci il tarixdə Füzuli RİPŞ-ə təqdim etdiyi ərizədə Borclu Mübariz oğlu ilə barışıb bir yerdə yaşadığını, sonuncuya qarşı aliment tələbinin olmadığını, buna görə də aliment tələbinə dair icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdiyini göstərməsinə istinad edərək həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqdimatı vermiş şəxs, tələbkar X3 və Borclu Mübariz oğlu məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, gəlməmişlər. Buna görə də iş üzrə məhkəmə iclasının göstərilən şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Təqdimata əlavə edilmiş sənədlər, xüsusilə də tələbkar X1 22 dekabr 2022-ci il tarixli ərizəsinin surəti əsasında icra sənədi üzrə faktiki halların təqdimatda göstərilənlərlə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də təqdimatda icra sənədi üzrə mövcud olduğu göstərilmiş faktiki halların məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə göstərilən qanunvericilik norması və icra sənədi üzrə müəyyən edilmiş faktiki hallara əsaslanaraq hesab edir ki, təqdimat təmin edilməli, tələbkar X1 Füzuli Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(064)-1532/2021 nömrəli icra sənədi üzrə tələbdən imtinası qəbul edilməli və həmin icra sənədi üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsi, Azərbaycan Respublikası MPM-in 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Füzuli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Vəfa Ələkbərovun verdiyi təqdimat təmin edilsin. Tələbkar X1 Füzuli Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(064)- 1532/2021 nömrəli icra sənədi üzrə tələbdən imtina etməsi qəbul edilsin. Füzuli Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(064)-1532/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(064)-11/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-11/2023
03.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver