Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-11/2024 26.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və təqdimat vermiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 iştirakları ilə, Sabirabad Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(056)-325/2019 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 tərəfindən verilmiş təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəməyə təqdimatla müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(056)- 325/2019 nömrəli icra sənədi üzrə Borclu Füzuli Rayon İcra və Probasiya Şöbəsinə (bundan sonra – Füzuli RİPŞ) məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 05 iyul 2029-cu il tarixli qərarla icraatına başlanmış Sabirabad Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(056)-325/2019 nömrəli icra vərəqəsinə əsasən Borclu (bundan sonra - borclu) xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment tutulub Tələbkar ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün poçt vasitəsilə borcluya göndərilmişdir. Borcluya icra sənədini icra etməsi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu icra məmurunun həmin qətnamənin icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirmir və icra sənədi ilə bağlı Füzuli RİPŞ-ya gəlməmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin icra məmuru X5 izahatında təqdimatın dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimatdan və İcra sənədi üzrə işin faktiki hallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(056)-325/2019 nömrəli icra sənədi üzrə borclu icra məmurunun çağırışlarına dəfələrlə üzrsüz səbəbdən gəlməmişdir. Məhkəmə buna görə də hesab edir ki, təqdimat təmin olunmalı, icra sənədi üzrə borclu Füzuli RİPŞ-ya məcburi gətirilməlidir. Məhkəmə şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsi və Azərbaycan Repsublikası MPM-in 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən verilmiş təqdimat təmin edilsin. Borclu – xx.xx.1990-cı il tarixdə ünvan 1 ünvanında yaşayan Borclu Füzuli Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Füzuli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №8(064)-11/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-11/2024
26.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver